Icma.az
close
up
RU
Təyyar Eyvazov: Hamilə qadınlarda virus infeksiyaları daha ağır keçə bilər

Təyyar Eyvazov: Hamilə qadınlarda virus infeksiyaları daha ağır keçə bilər

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kiçik yaşlı uşaqlarla bərabər anadangəlmə və ya qazanılmış immunçatmazlığı, o cümlədən HİV infeksiyası olanlar, tənəffüs və  digər orqan və sistemlərin digər ağır xroniki xəstəliyi, genetik və  metabolik pozuntuları, məsələn, şəkərli diabeti olanlar, piylənmədən əziyyət çəkənlər, habelə hamilə qadınlar, ahıl şəxslər də xəstəliyin ağır gedişinin və fəsadlaşmasının  risk qrupuna aid edilirlər”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, hamilə qadının immuniteti orqanizmdə hamiləliklə bağlı hormonal dəyişikliklərlə əlaqədar zəifləyir:

“Ona görə, hamilə qadının həm yoluxmaq riski daha yüksəkdir, həm də onlarda virus infeksiyaları daha ağır keçə bilər. Hamiləlik zamanı qriplə xəstələnmək həm ana, həm də döl üçün təhlükəlidir. Ən ağır fəsadlar düşük və vaxtından qabaq doğuşdur. Hətta ananın xəstəliyi yüngül keçirməsinə baxmayaraq, dölün inkişaf qüsurları, bir çox orqanlarının ağır dərəcəli zədələnmələri, bəzən  bətndaxili ölüm baş verə bilər. Bu nəticələrin qarşısının alınması üçün hamilə qadının qripə qarşı vaksinasiya olunması olduqca vacibdir”.

Nazirliyin mütəxəssis-ekspert qeyd edib ki, məhz risk qrupuna daxil olan  şəxslərdə pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalitlər, miokardit, 3 yaşından kiçik uşaqlarda yalançı larinqotraxeit və başqa ağırlaşmalar rast gəlir:  “Qrip və kəskin respirator virus infeksiyaları əsasən hava-damcı üsulu ilə yayılır və yoluxma halları daha çox insanların çoxsaylı təmasları olan məkanlarda baş verir. Bundan əlavə, yoluxmanın risk qrupuna  xidmət sahəsi, nəqliyyat işçiləri, təhsil müəssisələrinin əməkdaşları, hamilə qadınlar, məktəblilər, immundefisitli şəxslər və digərləri aiddir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri