Icma.az
close
up
RU
Virus infeksiyaları isə qriplə müqayisədə daha rahat keçir Təyyar Eyvazov

Virus infeksiyaları isə qriplə müqayisədə daha rahat keçir Təyyar Eyvazov

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Kəskin respirator virus infeksiyaları çoxsaylıdır. Hər il fəsli qrip də daxil olmaqla bunlardan bir neçəsi epidemik fəsildə yoluxma hallarının sayında dominantlıq edir”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb. 

Onun sözlərinə görə, bunların içərisində qrip infeksiyası geniş yayılıb və bir sıra hallarda ağır keçir:

“Digər respirator virus infeksiyaları isə qriplə müqayisədə daha rahat keçir. Buna görə də, bu tip fəsli infeksiyalardan törənəcək xoşagəlməz halların qarşısının alınması məqsədilə birinci növbədə qripin spesifik profilaktikası aparılmalıdır. Təsadüfi deyil ki, hər ilin yay aylarında ÜST növbəti epidemik fəsil üçün dövr edəcək qrip virusu ştamlarının növünü proqnozlaşdırır və profilaktik peyvəndlər  də məhz buna əsasən hazırlanır. Sentyabr-oktyabr aylarında qripə qarşı müvafiq peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən əldə edilərək, ölkəyə gətirilir və ambulator xidmət göstərən tibb müəssisələrinə paylanılır. Bu peyvəndlər artıq neçə illərdir ki, dünyanın inkişaf etmiş ölkələrində dəfələrlə öz effektivliyini və təhlükəsizliyini sübut etmiş və qripə yoluxma hallarının sayının azaldılması və ağırlaşmaların profilaktikasında mühüm rol oynayır”.

Mütəxəssis-ekspert bildirib ki, mövsümi viruslardan qeyri-spesifik qorunma yolları isə universal olub xəstələrlə təmasların azaldılmasına xidmət edən tədbirlərdən ibarətdir:
“Buraya maskann geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenası aiddir.

Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik  yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri