Icma.az
close
up
RU
Yayda immun sistemini necə gücləndirmək olar? Təyyar Eyvazov

Yayda immun sistemini necə gücləndirmək olar? Təyyar Eyvazov

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 “Yay fəslində immunitet müəyyən səbəblərdən zəifləyə bilər. Bu fəsildə bitkilərin çiçəklənməsi ilə əlaqədar pollinoz adlandırıllan allergik xəstəlik geniş rast gəlir. Uzunmüddətli və müalicə olunmayan allergik xəstəlik infeksion  ağırlaşmalarına (sinüzit, otit, bronxit) səbəb ola bilər. Allergik xəstəliklərin ağır formaları ikincil immun çatışmazlığı vəziyyətlərinin yaranmasına gətirib çıxara bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, əksər insanlar yay tətilini isti ölkələrdə keçirməyə üstünlük verirlər:

“İqlimdəki kəskin dəyişiklik immunitet sisteminin işinə neqativ təsir göstərir. Bu da onun qoruyucu xüsusiyyətlərinin azalmasına səbəb olur. Bu zaman xroniki infeksiya ocaqlarının kəskinləşir və ya virus və bakteriyalara qarşı həssaslığın artmasına gətirib çıxarır. Yüksək dozada ultrabənövşəyi radiasiyanın təsiri altında dəri hüceyrələri zədələnir, bunun nəticəsində dərinin qoruyucu baryeri pozulur. Həm də sübut edilib ki, yüksək şüalanma bədənin immunitet qüvvələrinin azalmasına səbəb olur”.

Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ofis işçilərinin və avtomobil sahiblərinin məruz qaldığı uzunmüddətli kondisionerin təsiri çox vaxt isti günəşli havalarda soyuqdəymələrə səbəb olur:

“Yay fəslində immuniteti gücləndirmək üçün qeyd olunanların aradan qaldırılmasından əlavə, günəşdə daha tez-tez qalmalı, lakin bunu mülayim şəkildə etmək lazımdır: ən yaxşısı 11:00-dan əvvəl və ya 17:00-dan sonra. Ultrabənövşəyi şüalar orqanizmdə D vitamininin əmələ gəlməsinə kömək edir və immunitet sisteminin gücləndirilməsində mühüm rol oynayır. İstirahət etmək, gəzintiyə çıxmaq velosiped sürmək, üzgüçülük  və digər sağlam fəaliyyətlərlə məşğul olmaq lazımdır. Sosial mediadan uzaqlaşmaq və stresslərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Gündə 7 saat və ya daha çox yatmaq, sağlam qida qəbul etmək, qidaya  yaşıl tərəvəzlər və mövsümi meyvə və giləmeyvələri əlavə etmək lazımdır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri