Icma.az
close
up
RU
Təyyarə bu səbəbdən Aktauya uçub Qazax rəsmiləri açıqladı: Xronoloji ardıcıllıq

Təyyarə bu səbəbdən Aktauya uçub Qazax rəsmiləri açıqladı: Xronoloji ardıcıllıq

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı təfərrüatı açıqlayıb.

Milli.Az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.

Qazaxıstanın Nəqliyyat Naziri Marat Karabayev Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin idarəetmə sistemlərinin Qazaxıstan hava məkanına daxil olmamışdan əvvəl sıradan çıxdığını bildirib.

Qazax rəsmiləri Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı mətbuata açıqlama veriblər. Qazaxıstanın Nəqliyyat Naziri Karabayev Bakı-Qroznı reysini həyata keçirən, AZAL-a məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xronologiyanı təqdim edib.

Karabayev ilk siqnalın Qazaxıstan vaxtı ilə saat 10:43-də Rusiyanın Rostov hava nəzarət mərkəzinin əməkdaşları tərəfindən alındığını və həmin siqnalda Mahaçqala və Bakıda əlverişsiz hava şəraiti səbəbilə onların Qazaxıstanın Aktau şəhərinə uçmağa qərar verdiyini bildirib.

Karabayev əlavə edib ki, təyyarə Qazaxıstan hava məkanına daxil olmamışdan əvvəl idarəetmə sistemlərini itirib. "Saat 10:53-də Rostov uçuş rəhbəri Aktau uçuş rəhbərinə təyyarənin sərnişin kabinəsində oksigen balonunun partladığını, sərnişinlərin huşunu itirdiyini və eniş zamanı tibbi müdaxilə tələb edildiyini bildirib," deyə Karabayev qeyd edib.

Bundan sonra Aktau hava limanında təcili yardım qruplarının hazır vəziyyətə gətirildiyini bildirən Karabayev, "Saat 11:02-də təyyarə pilotları Aktau hava limanının qülləsindəki hava nəqliyyatı əməkdaşı ilə əlaqə qurdu. Əməkdaş, təyyarənin enişi üçün lazım olan bütün tədbirləri təmin etdi. Pistlə vizual əlaqə yaradılması üçün işıqlar yandırıldı," deyə qeyd edib.

Karabayev bildirib ki, heyət eniş üçün 2 cəhd edib, lakin bu müddətdə yüksəklik itkisi və trayektoriyada qeyri-sabitlik müşahidə olunub. Saat 11:28-də heyətlə əlaqə kəsilib və təyyarənin yerə çırpıldığı bildirilib.

Təyyarənin iki qara qutusu tapılıb

Aktau Regional Nəqliyyat Prokuroru Abılaybek Ordabayev hadisə yerində araşdırmaların davam etdiyini açıqlayıb. Ordabayev qeyd edib ki, araşdırmalar Azərbaycan ilə əməkdaşlıq çərçivəsində aparılır. Təyyarədən sağ qalanların və qəzanın şahidlərinin ifadələri alınıb, təyyarənin qalıqları daxil olmaqla dəlillərin toplanması davam edir.

Hadisə yerinin 4000 kvadratmetrlik geniş bir ərazi olduğunu bildirən Ordabayev təhlükəsizliyin təmin edilməsi üçün ərazinin hasarlandığını və təyyarənin iki qara qutusunun da tapıldığını qeyd edib. Ordabayev həmçinin qəzada həyatını itirən 38 nəfərdən 9-nun şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, Bakı-Qroznı reysini həyata keçirən, AZAL-a məxsus Embraer 190 tipli təyyarə 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. AZAL təyyarədə 5 nəfərlik heyət və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfərin olduğunu açıqlayıb.Qəza nəticəsində 38 nəfərin həyatını itirdiyi, 29 nəfərin sağ qaldığı bildirilib. Qəzaya səbəb kimi təyyarənin "Pantsir-S" hava müdafiə sistemi ilə hücuma məruz qalması göstərilir.

Bəxtiyar Umarlı
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri