Icma.az
close
up
RU
Təyyarə qəzası ilə bağlı gizli məlumatlar ifşa edildi Moskvadan Bakıya geri çəkilmə mesajı

Təyyarə qəzası ilə bağlı gizli məlumatlar ifşa edildi Moskvadan Bakıya geri çəkilmə mesajı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı istintaq işi çərçivəsində hadisəyə görə məsuliyyət daşıdığı ehtimal edilən bir neçə şəxsin saxlanıldığına dair məlumat yayılıb.

Bir neçə gün öncə Rusiyanın “Baza” media layihəsinin baş redaktoru Qleb Trifonovun həbs edilməsinin də AZAL təyyarəsinin pilotlarının danışıqlarına dair stenoqramların yayılması ilə bağlı olduğu bildirilir. Məlumata görə, o, məhdud girişli məlumatlara çıxış əldə edərək yaymaqda ittiham olunur.

Qeyd edilir ki, sözügedən stenoqramların ictimaiyyətə təqdim olunması həm istintaqın gedişinə, həm də ictimai rəyə təsir edə biləcək əhəmiyyətli bir faktor idi. Müşahidəçilər bu hadisəni təsadüfi deyil, daha geniş siyasi kontekstin tərkib hissəsi kimi qiymətləndirirlər.

Məsələ ondadır ki, Azərbaycan tərəfi təyyarənin vurulmasından sonra Rusiya qarşısında ardıcıl və prinsipial şərtlər irəli sürmüş, məsul şəxslərin cəzalandırılmasını açıq şəkildə tələb etmişdi.

 Beləliklə, Rusiya artıq Azərbaycanın mövqeyinə uyğun hərəkət etməyə başlayıb? Bu, Moskvanın Bakı ilə gərginliyi azaltmaq cəhdləri kimi qiymətləndirilə bilərmi?

Həmçinin oxuyun:

Mühüm görüşün pərdəarxası: Rus səfirinə hansı xəbərdarlıq edildi?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu məsələ həm siyasi, həm də hüquqi baxımdan son dərəcə ciddi və həssas xarakter daşıyır:

“Xatırladım ki, təyyarə vurulduqdan sonra Rusiya ilkin mərhələdə məsuliyyəti inkar edir, bunun səhvən baş verdiyini iddia edirdi. Hazırda isə konkret adların hallandırılması, məsələnin diplomatik və informasiya müstəvisində gündəmdə saxlanılması rəsmi Bakının Moskva üzərində təzyiq vasitəsi kimi çıxış etdiyini göstərir.  Prezident İlham Əliyev beynəlxalq tədbir və görüşlərdə bu hadisəni daim gündəmdə saxlayır, günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.


Anar İsayev

Son günlərdə prosesin yeni istiqamət alması göstərir ki, Rusiya Azərbaycanın haqlı tələblərinə əməl etməyə başlayıb. Bəzi hərbi şəxslərin istintaqa cəlb olunması Moskvadan Bakıya “məsuliyyətin fərqindəyik” mesajı kimi də dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın narazılığını azaltmaq və iki ölkə arasında münasibətləri sabit saxlamaq məqsədi daşıyır.

Azərbaycan təkcə Cənubi Qafqaz regionunun deyil, eyni zamanda geosiyasi enerji və nəqliyyat tranzitlərinin əsas oyunçusudur. Rusiya Azərbaycan kimi strateji tərəfdaşla münasibətləri pozmaq istəmir. Məhz buna görə də istintaq prosesinin yenidən və daha dəqiq şəkildə aparılmasına başlanılıb. Bu, Kremlin tərəfinin Bakının tələbləri qarşısında geri addım atmasının göstəricisidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see183

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see155

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri