Icma.az
close
up
RU
Təyyarə qəzası ilə bağlı yeni göstəriş verilib

Təyyarə qəzası ilə bağlı yeni göstəriş verilib

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Qazaxıstan prezidenti Kasım Jomert Tokayev Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş vermiş qəzanın hərtərəfli və obyektiv araşdırılması barədə göstəriş verib.
Reyting.az
xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezident Administrasiyasından bildiriblər.
Məlumata görə, Tokayev təyyarə qəzası ilə bağlı səlahiyyətli qurumların rəhbərləri ilə görüş keçirib.
Fövqəladə hallar xidmətlərinin qəzaya tez reaksiya verdiyinə diqqət çəkən Tokayev deyib: “Qəzada daha ciddi nəticələrin qarşısını almağı bacardıq. İctimaiyyət hadisə ilə bağlı anbaan məlumatlandırıldı. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik və şəfqət nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıb. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Bir çox vətəndaşımız Azərbaycan səfirliyinin qarşısına gül dəstələri qoyublar”. Xalqın bu davranışının yerli və xarici mediada geniş yer aldığını bildirən Tokayev qeyd edib ki, bütün dünya Qazaxıstanın xilasetmə qruplarının, həkimlərinin və könüllülərinin fədakar əməyinin şahidi olub.
Tokayev bildirib ki, Qazaxıstana, xüsusilə Azərbaycan, Rusiya və Qırğızıstandan təşəkkür arzuları gəlməkdə davam edir.
Qəza ilə bağlı yaradılmış hökumət komissiyasına xəsarət alan əcnəbi vətəndaşlara lazımi psixoloji və tibbi yardım göstərilməsini tapşıran Tokayev qəzaya uğrayan təyyarədə həyatını itirənlər arasında Qazaxıstan vətəndaşlarının da olduğunu bildirib və onların ailələrinə hər cür dəstəyin göstərilməsini istəyib.
Tokayev həmçinin komissiyaya və baş prokurorluğa digər səlahiyyətli qurumlarla birlikdə təyyarə qəzası ilə bağlı hərtərəfli və obyektiv araşdırma aparmağı tapşırıb.
ELÇİN

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri