Icma.az
close
up
RU
Təyyarə qəzasına bu amillər səbəb ola bilər Təfərrüat

Təyyarə qəzasına bu amillər səbəb ola bilər Təfərrüat

Icma.az bildirir, Metbuat portalına istinadən.

Ötən gün Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla hökumət üzvləri qardaş ölkənin rəhbər şəxslərinə başsağlığı verib, hadisə ilə bağlı bütün lazımı köməklik göstərməyə hazır olduqlarını bəyan ediblər.

Gürcüstanda qəza ilə bağlı cinayət işi açılıb, hadisə yeri mühafizə olunub. Türkiyə rəsmiləri isə hazırda qəza ilə bağlı araşdırma aparır. Bütün xəbərlərin ictimaiyyətə vaxtında, dəqiq və ətraflı açıqlanmasına baxmayaraq, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan müxtəlif mülahizələr irəli sürülür.

Metbuat.az Report-a istinadən xəbər verir ki, təyyarə Azərbaycanın Gəncə hava limanında cəmi iki saat gözləmədə olub və bu zamanı hər hansı kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma halı qeydə alınmayıb. Təyyarənin sərnişinləri Hərbi Paradda iştirak edən F-16 təyyarələrinə texniki xidmət göstərən personal olub və onlar da təhlükəsizlik prosedurlarından keçdikdən sonra təyyarəyə daxil olublar.

Təyyarə yük kimi F-16-ların mexaniki ehtiyat hissələrini daşıyıb, orada heç bir partlayıcı maddə olmayıb, buna görə də hər hansı partlayışdan söhbət gedə bilməz. İlkin baxış nəticəsində müəyyən olunub ki, təyyarədə kənar müdaxilə izləri yoxdur. Məsələn, 2024-cü ilin dekabr ayında Qroznı üzərində AZAL-ın təyyarəsi vurulduğu zaman gövdədə deşiklər görünürdü. Türkiyənin C-130 təyyarəsində isə belə izlər müşahidə edilmir.

İlkin versiyalara əsasən, təyyarənin qəzaya uğramasının iki mümkün səbəbi var. Birincisi, təyyarə uzun müddətdir xidmətdə olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmirdən çıxıb. Korroziya nəticəsində gövdədə deşilmə baş verə bilərdi və bu qəzaya səbəb ola bilər. Bir müddət əvvəl ABŞ-də eyni tipli təyyarə məhz bu səbəbdən qəzaya uğrayıb.

Digər versiya isə daşınan yüklərin lazımi qaydada bərkidilmədiyi ola bilər. Uçuş zamanı yüklərin yer dəyişməsi baş verə bilərdi. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə və konstruksiyanın bütövlüyünün pozulmasına səbəb ola bilərdi.

Hava gəmisinin qara qutularının tapılması da çətin olmayacaq, çünki təyyarə düzənlik əraziyə düşüb, axtarışa mane ola biləcək dağlıq və ya meşəlik əraziyə yox. Buna görə də yaxın zamanda bütün detallara aydınlıq gətiriləcək.

Bütün hallarda Türkiyə Prezidenti Administrasiyası bildirib ki, hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.

İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə qardaş Türkiyəyə ilk andan tam dəstək göstərir. Bu da qardaşlığımızın daha bir nümunəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Noyabr 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri