Təyyarə qəzasında həyatını itirən pilotun ANASINA “Lena, sənin oğlun qəhrəmandır” FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. 62 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarənin pilotlarından biri də Aleksandr Kalyaninovdur.
Bizim.Media xəbər verir ki, təyyarə qəzası zamanı ilk olaraq göyərtədəki sərnişinlərin həyatını qorumağa çalışan pilotun qəhrəmanlığı sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Fotosu paylaşılan pilot Aleksandr Kalyaninovun anasına xitabən “Lena, sənin oğlun qəhrəmandır” sözləri yazılıb. Həmçinin, pilotun qəhrəmanlığından söz açılaraq ona çoxsaylı müsbət şərh və reaksiyalar gəlib.
Xatırladaq ki, qəzaya uğrayan AZAL təyyarəsində sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.
Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.
Bizim.Media
![see](https://icma.az/template/assets/see.png)