Təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib Qazaxıstan FHN
Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, Qazaxıstan FHN məlumatı təsdiqləyib.
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.
"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.
Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.
Sərnişinlərin siyahısı dəqiqləşdirilir.
Baxış sayı:79
Mənbə:https://redaktor.az