Icma.az
close
up
RU
Təyyarədə kişini taxtabiti dişlədi

Təyyarədə kişini taxtabiti dişlədi

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da virciniyalı bir ailə Delta Air Lines və KLM Royal Dutch Airlines şirkətinə qarşı 200 min dollarlıq iddia qaldırıb.

AzPost Fox News-ə istinadən xəbər verir ki, ailə təyyarədə uçuş zamanı taxtabitilərin onları dişlədiyini açıqlayıb.

Onlar transatlantik uçuş zamanı böcəklər tərəfindən xəsarət aldıqları iddiası ilə məhkəməyə müraciət ediblər.

Ötən həftə açılan məhkəmə iddiasında Virciniya ştatının Roanoke şəhərindən olan Albukerke ailəsi 21 mart uçuşu zamanı salonda taxtabiti olduğunu iddia edib.

İddia ərizəsində deyilir: “Albukerke ailəsi gövdələrində və ətraflarında qabarıq, qaşınan blisterlər, lezyonlar və səpgilərdən əziyyət çəkib. Bu da onların ailə tətilini pozub və narahatlığa, tibbi xərclərə, geyim və şəxsi əşyaların itirilməsinə səbəb olub”.

Romulo Albukerke, həyat yoldaşı Lisandra Qarsiya və uşaqları Benisio və Lorenzo  21 martda Roanokedan Atlantaya Delta reysinə miniblər. Daha sonra onlar KLM ilə Amsterdama, oradan isə ailə və dostlarını ziyarət etməyi planlaşdırdıqları Belqrada uçmalı idilər. Biletlər Delta-nın SkyMiles proqramı vasitəsilə alınıb.

Məhkəmə iddiasına görə, Amsterdama uçuşlarından iki saat sonra Lisandra Qarsiya taxtabitilərin sürünərək onu dişlədiyini hiss edib. Cütlük hadisəni stüardessaya bildirib. Stüardessa təyyarədə panika yaratmamaq üçün onlardan hay-küy salmamalarını istəyib.

Taxtabitilər uçuş boyunca ailəni bir neçə dəfə dişləyiblər.

Albukerke və Qarsiya sviterdə və kabinənin digər hissələrində taxtabitilərin gəzdiyini foto və videolarını çəkiblər. İddia ərizəsinə əlavə edilən fotoşəkillərdə KLM salfetində və sviterdə taxtabitilər, eləcə də ailə üzvlərinin bədənlərində dişləmələr görünür. Gəldikdən sonra onlar paltarlarını qaynar suda yumağa məcbur olublar.

Delta bildirib ki, “iddia Delta Air Lines tərəfindən idarə olunmayan uçuşlarla bağlıdır”. Şirkət “şikayəti nəzərdən keçirəcək və müvafiq cavab verəcək”.

Ailə 200.000 dollar təzminat tələb edir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri