Icma.az
close
up
RU
Təyyarəmizi vuran “PantsirS” sistemi nədir, necə işləyir? KONKRET

Təyyarəmizi vuran “PantsirS” sistemi nədir, necə işləyir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu məlum olub.

KONKRET.az Publika.az-a istinadən raket barədə məlumatları təqdim edir.

“Pantsir” raket sisteminin iki versiyası var – S1 və S2. Bu sistem hərbi, sənaye və inzibati obyektləri təyyarələrə, helikopterlərə, dəqiq sursatlara, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı qorumaq üçün nəzərdə tutulub. Eyni zamanda, aşağı hündürlüklərdə dəqiq sursat istifadə edən düşmən hava hücumlarına qarşı hava hücumundan müdafiə bölmələrinə əlavə qorunma təmin edir.

“Pantsir” sistemi bir raket qurğusu, radar avtomobili və komanda mərkəzindən ibarətdir. İlk versiya olan “Pantsir-S1” 2008-13-cü illərdə istehsal edilib.

“Pantsir-S1M” isə 2019-cu ildə təqdim olunub.

“Pantsir-M/EM S1″in dəniz versiyası kimi 2015-ci ilin iyul ayında tanıdılıb.

“Pantsir-S2/S2E” ilk versiyanın modernləşdirilmiş variantıdır. Bundan başqa, “Pantsir-SM”, “Pantsir-SA” və “Pantsir-SMD-E” versiyaları da mövcuddur.

“Pantsir-S1” sistemi beş metr hündürlükdən və 200 metr məsafədən 15 kilometr hündürlüyə və 20 kilometr məsafəyə qədər hədəfləri aşkar edib izləmə qabiliyyətinə malikdir.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri