Icma.az
close
up
RU
Təyyarəmizin qəzaya düşdüyü Aktau Bu şəhər haqda nə bilirik?

Təyyarəmizin qəzaya düşdüyü Aktau Bu şəhər haqda nə bilirik?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Globalinfo.az dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğradığı Aktau şəhəri ilə bağlı maraqlı məlumatları təqdim edir:

Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında, Mangistau vilayətində yerləşən Aktau şəhəri 1961-ci ildə salınıb. 1964-cü il iyulun 1-də 19-cu əsrin ortalarında Manqışlakda olmuş ukraynalı şair Taras Şevçenkonun 150 illik yubileyi ilə əlaqədar olaraq Aktau şəhərinin adı dəyişdirilərək Şevçenko adlandırılıb. 13 sentyabr 1991-ci ildə isə yenidən Aktau adına qaytarılıb.

Aktau qazax dilindən tərcümədə Ağ dağ deməkdir.

Aktauda təbii içməli su yoxdur. Şirin su yüksək minerallaşmış təbii mənbədən, daha dəqiq desək dəniz suyundan əldə edilir.

1991-ci ildən Aktau həm 20-ci əsrdə kəşf edilmiş köhnə, həm də yeni neft və qaz yataqlarının işlənməsi mərkəzinə çevrilib: Jetıbay, Kalamkas, Karajanbas, Atambay-Sarıtube, Oymaşi, Komsomolski, Şimali Buzaçi, Karakuduk, Tolkin və Arman.

2018-ci ildə Aktauda Qazaxıstan, Rusiya, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin iştirak etdiyi Xəzəryanı dövlətlərin beşinci sammiti keçirilib.

Şəhər Qazaxıstanın yeganə dəniz limanıdır.

Şəhər içməli su ilə MAEK nüvə suyunun duzsuzlaşdırılması stansiyası tərəfindən təmin edilir, burada dəniz suyundan hasil edilən distillə hazırlanır və “Kuylyus” yatağından aşağı minerallaşdırılmış artezian suyu ilə qarışdırılır. Çünki şəhərin yaxınlığında təbii içməli su mənbələri yoxdur.

Aktau Avropa və Asiya arasında nəqliyyat və ticarət əlaqələrində mühüm rol oynayır.

2020-ci ilin əvvəlinə şəhərin əhalisi 193 min 494 nəfər təşkil edir.

Aktau şəhərində yaşayan millətlərin sayı:

Qazax 140 min 882, ruslar 33 min 836, azərbaycanlılar 5793, ləzgilər 1932, ukraynalılar 1676, tatar 1398, erməni 1039, özbək 1167, koreya 661, çeçen 680, qaraqalpak 728, gürcülər 353, qırğız 432, alman 246, belarus 176, udin 237, osetin 178, digərləri 2080.

Aktau Beynəlxalq Hava Limanı şəhərdən 25 km şimalda yerləşir.

Şəhərdə dəmir yolu stansiyası yoxdur. Qatarlar şəhərdən 15 km şərqdə yerləşən Mangistau stansiyasına gəlir.

Eyni zamanda dəniz limanı mövcuddur və Azərbaycandan ora sərnişin və yük gəmiləri gedir.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri