Icma.az
close
up
RU
Təyyarəmizin Rusiya ərazisində enişinə icazə verilməməsi qəbuledilməzdir Millət vəkili

Təyyarəmizin Rusiya ərazisində enişinə icazə verilməməsi qəbuledilməzdir Millət vəkili

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan xalqı üçün baş vermiş bu böyük faciənin, bu dəhşətli qəzanın bizim üçün nə qədər ağır olduğunu Rusiya tərəfi anlamalı, başa düşməli idi və dərhal buna çevik reaksiya verməli idi. Ancaq biz bunun əksini görürük. Xüsusilə də təyyarə vurulduqdan sonra orada texniki detallar, ekspertlərin fikirləri artıq dəfələrlə səsləndirilib, analiz etmişik. Təyyarənin Rusiya ərazisində yaxınlıqda yerləşən hava limanlarına enişinə icazə verilməməsi və təyyarənin, bir növ orada olan insanların açıq ölümə - Xəzər dənizi üzərindən Şərqə doğru Qazaxıstan istiqamətinə göndərilməsi tamamilə qəbuledilməz bir faktdır. Beynəlxalq humanitar hüququn açıq pozuntusu deməkdir".

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, Rusiya tərəfindən cavabın gecikməsi, reaksiyanın verilməməsi məyusluq doğurur. Əfsuslar olsun ki, onlar Azərbaycan ictimaiyyətinin, Azərbaycan dövlətinin gözləntilərini nəzərə almırlar:

"Biz burada yenə də faciənin detallarını danışsaq, bilavasitə məhz beynəlxalq humanitar hüquqda nə qədər ağır bir hal olduğunu və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozuntusunun olduğunu görərik. Azərbaycan təbii ki, qardaş və ən yaxın müttəfiq ölkənin mütəxəssislərini cəlb etməklə məsələnin obyektiv, hərtərəfli araşdırılmasına nail olmaqda qətiyyətli görünür və bunu sona qədər davam etdirəcək. Eyni zamanda bu, bir növ həm də elə bizim bu məsələ ilə bağlı tərəfdaşlarımıza, elə Rusiyanın özünə də bir mesajdır ki, məsələ ilə bağlı artıq vaxt keçib və bu proses gecikdirilməməlidir. Xüsusilə də onu qeyd etmək lazımdır ki, burada biz məsələnin siyasi, hüquqi cəhətləri ilə yanaşı, bunun bir mənəvi, moral tərəflərini də nəzərə almalıyıq".

Deputat qeyd etdi ki, əgər müttəfiqlikdən, strateji yaxın münasibətlərdən danışırıqsa, ən azı Rusiyaya olan münasibətlərimizin yaxın tarixində baş vermiş faktlara nəzər salaq:

"Məsələn, 44 günlük müharibə vaxtı Azərbaycan tərəfindən endirilən və Rusiyaya məxsus helikopter, hansı ki, müharibə vaxtı heç bir məlumat, xəbərdarlıq vermədən Azərbaycan ordusunun mövqelərinə doğru yaxınlaşırdı və rusiyalı pilotların idarə etdiyi helikopterin öz günahları ucbatından o helikopteri biz endirmək məcburiyyətində qalmışdıq. Ancaq buna baxmayaraq dövlət olaraq üzrxahlıq etdik, kompensasiya ödənildi. Digər bir versiyada Rusiya ilə Türkiyə arasında 2015-ci ildə insident olmuşdu. Rusiya qırıcı təyyarəsi Türkiyənin hava səmasına daxil olmuşdu, sonradan o, təyyarə vurulmuşdu və Türkiyə bu məsələ ilə bağlı Rusiyadan üzrxahlıq etmiş, kompensasiya ödənilməsi məsələsi qaldırılmışdı".

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri