Təyyarənin Qroznıda uğursuz enişini koordinasiya edən dispetçer Diniyevin futbolçusu olub AÇIQLAMA İdmanXəbər
Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin Qroznıda uğursuz enişini koordinasiya edən dispetçer “Terek” (indiki “Axmat”) futbol klubunun keçmiş oyunçusu Əli İdrisov olduğunu bildirmişdik.
Maraqlıdır ki, sözügedən oyunçu bir dönəm azərbaycanlı mütəxəssis Şahin Diniyevin futbolçusu olub. Təcrübəli çalışdırıcı 2008-2009-cu illərdə “Terek”də çalışarkən İdrisov həmin komandanın əvəzedici heyətində çıxış edib. Bununla bağlı Diniyevin fikirlərini öyrəndik.
Təcrübəli mütəxəssis İdmanxeber.az saytına oyunçunu dərhal tanıdığını açıqlayıb:
“Mən “Terek”də çalışanda Əli bizim komandanın əvəzedici heyətində oynayırdı. Çox tərbiyəli, başıaşağı uşaq idi. 18-19 yaşı olardı o vaxtı. Bu gün adını görən kimi dərhal tanıdım. Yaxşı futbolçu idi, səhv etmirəmsə, yarımmmüdafiə mövqeyində çıxış edirdi. Bəzi şeylər yaddan çıxıb. Amma soyadını görən kimi dərhal xatırladım.
Bilirsiniz ki, çeçenlər bir az aqressiv olurlar. Xüsusən də gəncləri. Amma Əli çox ağıllı uşaq idi. Elə futbolu da ağıllı oynayırdı. O vaxtı Kərim Diniyev də mənim yanımdaydı. O da Əlini xatırlayır. Deyir ki, çox yaxşı, deyib-gülən, şən uşaq idi. Qətiyyən əsəbləşməz, kobudluq etməzdi. Bildiyim qədəri ilə o, Moskvada yaşayıb. Sonradan Çeçenistana qayıdıb”.
Həsən Quluzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Dekabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















