Icma.az
close
up
RU
“Tez tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” İLLƏRİN SƏNƏTKARINDAN

“Tez tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” İLLƏRİN SƏNƏTKARINDAN

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Heç kimin nə telefon zəngini götürürəm, nə də müsahibə verirəm. Sənətdən tamamilə uzaqlaşmışam. Özünüz də görürsünüz ki, efirlər nə gündədir. Bir dəfə çağırırlar, bir müddətdən sonra yenə də özləri çağırmalıdır da. Əvvəl sənətkarları özləri itirib-axtarırdılar. İndi zəmanə də, insanlar da dəyişib. Hətta zəng edəndə belə artıq getmirəm. Min bir bəhanə ilə uzaqlaşıram. İncimişəm də”.

Bunu Moderator.az-a açıqlamasında uzun müddətdir efirlərdən uzaq gəzən əməkdar artist Elza Qaybalıyeva deyib.

O daha sonra əlavə edib:

“Mən 25 il Muğam teatrında işləmişəm. Teatr bağlandı. Ondan sonra Şuşa Teatrının direktoru Yadigar Muradov bildi ki, işsizəm, məni teatra dəvət etdi. Bir az işlədim, sonra teatr təmirə bağlandı. Təmirdən sonra məni çağırmadılar. Allah Yadigar müəllimin də köməyi olsun, vəziyyəti yaxşı deyil. Sonra bir neçə il müraciətlər etdim, xeyri olmadı. Mənim tələbələrim fəxri adlar daşıyır, incəsənət aləminə böyük sənətkarlar bəxş etmişəm. “Əməkdar artist” adına görə 200 manat məvacib alıram. Başqa dolanışıq yerim yoxdur. Düzdür, Allah bəndəsini ac qoymur, amma yenə də iş istəyirəm. Sizin vasitənizlə də Mədəniyyət Nazirliyinə müraciət edirəm. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam, incəsənətə, mədəniyyətə böyük töhfələr vermişəm. Niyə mənə bir iş tapılmır? Heç olmasa mədəniyyət evlərində, məktəblərdə bir müəllim kimi çalışmaq istəyirəm. Yəqin ki, cənab nazir bu yazını oxuyar və mənə bir iş tapılar”, - deyə xanəndə bildirib.

Elza Qaybalıyeva bildirib ki, bu gün sənət yoldaşları da onu yada salmır:

“Əməkdar artistlər Sevinc Sarıyeva, Firuz Səxavət hər zaman zəng edir. Onlar mənim həm də tələbələrim olub. Digər sənətkar dostlarım yada salmır. Heç onların zənginə ehtiyacım da yoxdur. Məni Allah yada salsın. Toylara da getmirəm. Çünki artıq səsdən də istifadə etmirəm. Nə vaxt səsim düzəlsə onda gedərəm. O gün bir xalq artisti var, mənə zəng edib soruşur ki, nə edirsən, evdə darıxmırsan? Ona deyirəm ki, vallah gedib daş karxanasında daş da qaldıraram, bu mənim üçün ayıb deyil. Mən bu cür şeyləri düşünmürəm. Heç kimin kölgəsində olmamışam, öz hesabıma ucalmışam. Bütün dünyanı gəzmişəm, sənətimi təbliğ etmişəm. Əvvəllər sənətə gəldiyimə görə peşmanlıq çəkirdim, indi peşman deyiləm. Allah nə qismət yazıbsa, o da olur. Amma sənətkara sağlığında qiymət, dəyər verilməlidir. Heç mənə iş verməsinlər, amma dolanışıq üçün bir az məvacib versələr şükür edərəm. Çünki tez-tez komaya düşürəm, şəkərim var, müalicəyə ehtiyacım var. Nazirlik işçilərindən bunu nəzərə almaqlarını xahiş edirəm”, - deyə sənətkar bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri