Icma.az
close
up
RU
Təzyiq, yuxusuzluq, həzm problemlərinə qarşı möcüzə

Təzyiq, yuxusuzluq, həzm problemlərinə qarşı möcüzə

Icma.az, News24 saytına istinadən bildirir.

Son illərdə təbii vasitələrə marağın artması ilə bir çox insan melisa çayını gündəlik həyatına daxil edib. Sakitləşdirici və rahatladıcı təsiri ilə tanınan bu bitki çayı yalnız dadı ilə deyil, faydaları ilə də diqqət çəkir.

News24.az Yenisabah.az-a istinadla bu barədə bir sıra vacib məqamları araşdırıb:

Melisa çayı nədir?

Melisa (Melissa officinalis) – xalq arasında limon otu və ya arı otu kimi də tanınır. Limonabənzər ətri ilə seçilən bu bitki əsasən sakitləşdirici və yuxu gətirici xüsusiyyətləri ilə istifadə olunur. Melisa çayı qurudulmuş melisa yarpaqlarından hazırlanır.

Kimlər içə bilər?

Melisa çayı bir çox insan üçün uyğundur. Xüsusilə aşağıdakılar üçün tövsiyə olunur:

Yuxusuzluqdan əziyyət çəkənlər

Stress və narahatlıq yaşayanlar

Həzm pozğunluğu və şişkinlik problemi olanlar

Aşağı təzyiqdən şikayətlənməyən şəxslər

Qeyd edək ki, aşağı təzyiqi olan, hamilə qadınlar və bəzi dərman qəbul edən şəxslər bu çaydan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Melisa çayının faydaları nələrdir?

Sinir sistemini sakitləşdirir: Gərginlik, stress və narahatlıq hallarında təbii rahatlaşdırıcı təsir göstərir.

Yuxu keyfiyyətini artırır: Gecə yatmazdan əvvəl içildikdə rahat yuxuya getməyə kömək edir.

Həzm sistemini yaxşılaşdırır: Mədə ağrıları, qaz və şişkinliyin qarşısını almaqda faydalıdır.

İltihabəleyhinə təsir göstərir: Orqanizmdəki iltihab proseslərinin azalmasına dəstək ola bilər.

Qadın sağlamlığında faydalıdır: Aybaşı dövründə yaranan sancıların azalmasında kömək edə bilər.

Necə hazırlanır?

1 çay qaşığı qurudulmuş melisa yarpağı bir stəkan qaynar suya əlavə olunur. Üzəri bağlanaraq 5-10 dəqiqə dəmlənir. Gün ərzində 1-2 dəfə, xüsusilə axşam saatlarında içilməsi tövsiyə edilir.

Xatırladaq ki, melisa çayı ümumilikdə zərərsiz hesab olunsa da, aşağı təzyiqi olan insanlar üçün riskli ola bilər. Həmçinin sedativ (sakitləşdirici) dərmanlarla birlikdə istifadəsi tövsiyə edilmir. Hamiləlik və südvermə dövründə isə istifadəsi yalnız həkim məsləhəti ilə mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Aprel 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri