Icma.az
close
up
RU
Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir... Min bir dərdin dərmanı! VİDEO

Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir... Min bir dərdin dərmanı! VİDEO

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtburnu xalq təbabətində həm təzə, həm də qurudulmuş şəkildə çox geniş istifadə olunur.

Bu giləmeyvənin nadir xüsusiyyətləri onu bir çox xəstəliklər və pozulmalar zamanı olduqca təsirli müalicəvi vasitə edir.

Bu giləmeyvə  zəngin kimyəvi tərkibinə malikdir: vitaminlər (C, B qrupu, P, K, E), karotin, minerallar (kalium, kalsium, maqnezium, dəmir, fosfor, mis və s.), orqanik turşular (alma turşusu, limon turşusu), efir yağları, fitonsidlər, pektinlər və s. Məhz bu səbəbdən itburnu təbii polivitamin sayılır. Uşaqlara, yaşlı, zəifləmiş, xəstə insanlara itburnu dəmləməsini (çayını və s.) ümumi möhkəmləndirici vasitə kimi vermək olar.

İlk növbədə itburnu C vitamini ilə çox zəngindir. C vitamini orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. C vitamini güclü antioksidantdır. Bu o deməkdir ki, bu vitamin orqanizmi qocalma və dağılma proseslərindən qoruyur, bu prosesləri ləngidir. C vitamini ilə zəngin olan itburnu dəmləməsi orqanizmi cavanlaşdırır, dərini daha elastik və hamar edir.

İtburnu insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və infeksiyalarına qarşı davamlılığını artırır. Bu xüsusilə soyuq fəsillərdə vacibdir. Əgər siz hər gün 1 çay qaşığı təbii bal əlavə olunmuş 1 stəkan itburnu dəmləməsi qəbul etsəniz, soyuqdəymə xəstəliklərindən qorunmuş olacaqsınız.

Uşaqlar üçün bu xüsusilə vacibdir. Uşaqlara hər gün bal əlavə olunmuş 1/2 stəkan itburnu dəmləməsini vermək olar.

C vitamini və rutinlə zəngin olan itburnu damarların elastikliyini artırır, damarları möhkəmləndirir, varikoz xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Bundan əlavə itburnu damarları artıq xolesterindən təmizləyir və bu səbəbdən ateroskleroz xəstəliyinin profilaktikasında geniş istifadə olunur.

Pediatriyada itburnu dəmləməsinin qəbulu burun qanaxmalarına meyilli olan uşaqlara tövsiyə olunur.

Sidikqovucu təsirinə malik olan itburnu bəzi böyrək və sidik kisəsi xəstəlikləri zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

İtburnu həmçinin ödqovucu təsirinə malikdir və bu səbəbdən xolesistit (öd kisəsinin iltihabı) xəstəliyinin müalicəsində istifadə olunur.

İtburnu ürək-damar sisteminə və qanın tərkibinə müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir. Yüksək təzyiqdən əziyyət çəkənlərə itburnu dəmləməsi kömək edə bilər. 

İtburnu tumlarından efir yağı hazırlanır. Bu yağ çox güclü yarasağaldan və iltihabəleyhinə təsir edir. İtburnu dərinin regerasiya (bərpa) proseslərini sürətləndirir və bu səbəbdən itburnu yağı yanıqların, dermatozların, trofik xoraların müalicəsində istifadə olunur. Uşaqlarda müxtəlif sıyrıntılar, kəsiklər və s. dəri zədələnmələri zamanı itburnu yağını təbii müalicəvi vasitə kimi istifadə etmək olar.

İtburnu sinir sisteminə də müsbət təsir edir, yaddaşı möhkəmləndirir.

İtburnu dəmləmə, çaylar, kisel şəklində istifadə olunur. Ən populyar vasitə itburnu dəmləməsidir. Lakin bu dəmləməni düzgün hazırlamaq lazımdır. Bu çox vacibdir. 1 xörək qaşığı itburnu üçün 1 stəkan qaynar su götürülür. İtburnu yaxşı əzilir, termosa qoyulur, üzərinə qaynar su tökülür və 6-8 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzmək lazımdır ki, itburnunun içərisində olan nazik tükcüklər dəmləməyə düşməsin. Bu tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.

Dəmləməni gün ərzində 1-2 stəkan miqdarında içmək olar. Dəmləməni 1-2 həftə ərzində qəbul edin, sonra 1-2 həftə fasilə verin və yenə qəbul edin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri