The Economic Times: Əsədin gedişi İslam dünyasında Hindistana zərbə olacaq
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kəşmir məsələsində Yeni Dehlini dəstəkləyən Suriya prezidenti Bəşər Əsədin istefası İslam dünyasında Hindistana zərbə olacaq.
Bu barədə Hindistanın “The Economic Times” qəzeti “Bəşər Əsədin devrilməsi Hindistanın Kəşmirlə bağlı mövqeyini sarsıtdı” başlıqlı məqaləsində yazır.
"Suriyada Əsəd rejiminin süqutu və ekstremist qüvvələrin güclənməsi İslam dünyasında Hindistana zərbədir. Əsədin rəhbərliyi altında olan Suriya, İƏT də daxil olmaqla, Hindistanın Kəşmirlə bağlı mövqeyini ardıcıl olaraq dəstəkləyib. Bu dəyişiklik Hindistanın regionda terrorla mübarizə tərəfdaşlığına və inkişaf təşəbbüslərinə təsir edən İŞİD-in mümkün dirçəlməsi səbəbindən Hindistan üçün təhlükəsizlik təhdididir”, - nəşr qeyd edib.
Qəzet qeyd edib ki, “Suriya Pakistanla məhdud əlaqələri qoruyub və Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla daha sıx siyasi əlaqələri inkişaf etdirib”.
Məqalədə vurğulanır ki, İslamabad Kəşmir məsələsində Əsədin dövründə Suriyadan kifayət qədər dəstək almayıb.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















