Icma.az
close
up
RU
The Guardian Əsədin Rusiyadakı lüks həyatından yazdı

The Guardian Əsədin Rusiyadakı lüks həyatından yazdı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngilis “The Guardian” qəzeti Suriyada 61 illik Baas rejiminin 8 dekabr 2024-cü ildə devrilməsindən sonra Rusiyaya qaçan Bəşər Əsədin lüks içində yaşadığını və maraqlı detalları paylaşıb.

Sherg.az xəbər verir ki, Suriya rejimi devrildikdən sonra Moskvaya qaçan Bəşər Əsədin təkrar tibbi təhsil aldığı və oftalmologiya dərsləri aldığı xəbər verilib. Əsədlə əlaqədə olan mənbə bildirib: “O, rus dili öyrənir və oftalmologiya biliklərini yeniləyir. Bu onun həvəsidir, pula ehtiyacı yoxdur. Suriyada müharibə başlamazdan əvvəl də Şamda mütəmadi olaraq oftalmologiya praktikası aparırdı.” Mənbə əlavə edib ki, Moskva elitası onun hədəf müştəri qrupunu təşkil edə bilər.

Xəbərdə qeyd olunur ki, rejim devrildikdən bir il sonra Əsəd ailəsi Moskva və BƏƏ-də izolyasiya edilmiş, sakit və lüks həyat yaşayır. Mənbələr bildirir ki, ailə ehtimal ki, Rublyovka prestijli rayonunda, keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin yaşadığı ərazidə yaşayır.

Ailə dostu bildirib ki, Əsəd çox sakit bir həyat sürür və xarici dünya ilə demək olar ki, əlaqəsi yoxdur. Əlaqəsi yalnız Suriya dövlət başçılığı işləri naziri Mansur Azzam və İqtisadi Məsləhətçi Yasar İbrahim kimi keçmiş saray əməkdaşları ilədir. Kremlin yaxın mənbəsi isə Bəşər Əsədin Putin və Rusiyanın siyasi elitası üçün əhəmiyyətsiz olduğunu bildirib: “Putin iqtidarını itirən liderlərə qarşı çox səbirli deyil. Bəşər Əsəd artıq təsirli bir fiqur hesab edilmir və hətta nahar dəvəti alacaq maraqlı qonaq kimi də görünmür.”

Bəşər Əsədin qardaşı Mahir Əsədin bir dostu deyib: “Mahir günlərdir Bəşəri axtarırdı, amma o telefonu açmırdı. Son saniyəyə qədər sarayda qaldı, suriyalılar onun nargilə kömürlərinin hələ də isti olduğunu gördülər. Başqalarının qaçmasına kömək edən Mahir idi, Bəşər yalnız özünü düşündü.”

Bəşər Əsədin əmisi Rıfat Əsədin vəkili Elie Hatem bildirib ki, Bəşər qaçdıqdan sonra ailə Suriyadan necə çıxacağını bilmədiyi üçün panikaya düşüb. Hmeymim Hava Bazası’nda Rus əsgərlərinə Əsəd ailəsi olduqlarını bildirsələr də, dil bilmədikləri üçün bazanın qarşısında avtomobildə yatmalı olublar. Sonra yüksək rütbəli bir rus məmurunun müdaxiləsi ilə Umana qaça biliblər.

Bəşərin həyat yoldaşı Əsma Əsədin sağlamlıq vəziyyətinin sabitləşdiyi bildirilib. Bəşər isə öz hekayəsini danışmaq üçün Amerikan podkast aparıcısı ilə müsahibələr ayarlayıb, amma mediaya çıxmaq üçün rus rəsmilərinin təsdiqini gözləyir.

Ailə dostu deyib ki, bir neçə ay əvvəl Əsəd uşaqları ilə bir araya gəlib və hələ də şok vəziyyətindədirlər. Rejimin devrilməsindən sonra yalnız 30 iyun tarixində qızları Zein Əsədin məzuniyyət mərasimində görünüblər. Zein və sinif yoldaşları da ailənin tədbirə qatıldığını təsdiqləyib, lakin uzun müddət qalmayıblar.

Mənbələr bildirir ki, uşaqlar və anası vaxtlarının çoxunu alış-verişdə keçirirlər. Zein Əsəd lüks geyimlər alır və Moskva’dakı seçkin bir idman zalının üzvüdür. Əsəd uşaqları tez-tez BƏƏ-ni ziyarət edir və Əsma ən az bir dəfə onlara qoşulur.

Başlanğıcda ailə Moskva’dan BƏƏ-yə köçməyi düşünürdü, çünki BƏƏ onlar üçün daha tanış bir mühit idi. Mənbələr bildirir ki, uşaqlar rus dilini bilmir və rus sosial mühitində öz yerlərini tapmaqda çətinlik çəkiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri