The Times: London ABŞ ın Ukraynadakı atəşkəsə nəzarət edəcəyini gözləyir
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Britaniya hakimiyyəti ABŞ-ın müvafiq razılaşmanın bağlanmasından sonra Ukraynada atəşkəs rejiminə əməl olunmasına nəzarət edə biləcəyinə ümid edir.
Turkustan.az xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, London bu məqsədlə Amerika peykləri və PUA-larından istifadə oluna biləcəyinə inanır.
Britaniya hökumətindəki mənbə nəşrə bildirib ki, “ABŞ peykləri cəbhə xəttini izləmək və istənilən pozuntuları qeydə almaq üçün istifadə oluna bilərdi”.
Nəşrin qeyd etdiyi kimi, Kiyevin müttəfiqləri atəşkəs əldə olunarsa, təmas xətti boyunca Amerika pilotsuz təyyarələrinin patrul edəcəyi bufer zonasının yaradılacağı ehtimalından çıxış edirlər.
Bundan əvvəl Krallığın baş naziri Key Starmer dəfələrlə bəyan etmişdi ki, Ukraynada davamlı sülhün bağlanması üçün təkcə Avropa ölkələrindən deyil, həm də ABŞ-dan həyati təminat lazımdır. “The Times”ın vurğuladığı kimi, Vaşinqton öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirmək niyyətində olmadığı üçün London sülh bağlandıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ABŞ-dan başqa addımlar axtarır. Digər məsələlərlə yanaşı, Ukrayna ərazisini Rusiya Federasiyasından ehtimal edilən raket zərbələrindən qorumaq üçün Amerika hava hücumundan müdafiə sistemlərindən istifadə imkanları müzakirə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Mart 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















