“The Weeknd” dünya rekordu qırdı
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanadalı müğənni “The Weeknd” solo kişi ifaçılar arasında konsert turlarından ən çox gəlir əldə edən sənətçi kimi yeni dünya rekorduna imza atıb.
OLAY yazır ki, onun “After Hours Til Dawn” adlı dünya turu tarixdə ən çox gəlir gətirən solo kişi ifaçının konsert turu olub.
Turun ümumi gəliri 1,3 milyard dolları ötüb. Beləliklə, “The Weeknd” bu göstəriciyə görə britaniyalı musiqiçi Elton Conu geridə qoyub. Elton Conun vida turu “Farewell Yellow Brick Road” 939 milyon dollar gəlir gətirmişdi. Bütün zamanların ən çox gəlir əldə edən konsert turları siyahısında isə “The Weeknd” üçüncü yerdə qərarlaşıb. Ondan öndə yalnız Teylor Svift və “Coldplay” qrupu yer alır.
2022-ci ilin iyulunda başlayan tur 5 noyabr 2026-cı ildə Kuala-Lumpurda keçirilən möhtəşəm konsertlə başa çatıb. Dörd il ərzində sənətçi 67 şəhər, 30 ölkə və beş qitəni əhatə edən 176 konsert verib. Onun çıxışlarına doqquz milyondan çox bilet satılıb.
Turun son ilində əldə olunan nəticələr xüsusilə diqqət çəkib. Belə ki, yalnız 2026-cı ildə konsertlərdən əldə edilən gəlir 500 milyon dolları ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Noyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















