Icma.az
close
up
RU
Tiaqo Silva: “Hədəfimiz yenə də ikinci olmaqdır” MÜSAHİBƏ

Tiaqo Silva: “Hədəfimiz yenə də ikinci olmaqdır” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Yaxşı oyun alındı. Hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır”.

Bunu “Zirə”nin qapıçısı Tiaqo Silva futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Sumqayıt”ı məğlub etdiniz. 3:2 hesablı qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun alındı. Hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır. “Sumqayıt”ın da hədəfi ön pillələrdə qərarlaşmaqdır. Ona görə bilirdik ki, çətin oyun olacaq. Üstəlik, bu komanda ilə 3 gün əvvəl kubok matçında da üz-üzə gəlmişdik. Eyni rəqiblə 4-5 gün ərzində ardıcıl iki oyun keçirmək çətin olur. Bununla belə, layiqli qələbə qazandığımızı düşünürəm.

- Bu qarşılaşma kubok matçında çox fərqləndi...

- Məncə də, budəfəki qarşılaşma daha maraqlı oldu. Hər iki komanda daha məhsuldar çıxış etdi. Bu da azarkeşlərin zövqünü oxşadı. Biz də, “Sumqayıt” da daha yaxşı mübarizə apardıq. Bu cür oyunlar azarkeşlərin də ürəyincədir.

- İki matçlıq fasilədən sonra yenidən start heyətində yer aldınız. Qapınızda iki qol gördüyünüzü nəzərə alsaq, qayıdışınızı nə dərəcədə uğurlu hesab edirsiniz?

- Təbii ki, iki qol buraxmaq istəməzdim. Amma bu da futbolun bir hissəsidir. Komanda yoldaşlarım bu gün çox yaxşı oynadılar. Qapımızda iki qol görsək də, rəqibdən daha çox fərqləndik. “Sumqayıt”ın da gücünü nəzərə almaq lazımdır. Rəqibin heytində çox təhlükəli futbolçular var.

- Nəhayət, beş turluq fasilədən sonra “Zirə” 3 xal qazandı. Qələbə seriyasını davam etdirmək mümkün olacaq?

- Biz bütün oyunlara qələbə üçün çıxışırıq, rəqibin fərqi yoxdur. İstər “Qarabağ” olsun, istər “Sabah”, istərsə də “Sumqayıt”. Məqsədimiz hər matçda qələbə qazanmaqdır.

- Mövsümün sonu ilə bağlı hədəf nədir?

- Hazırda çox irəli baxmırıq. Yalnız hər növbəti matçı düşünürük. Ümumi götürdükdə hədəfimiz yenə də ikinci olmaqdır.

- Bu qələbə sayəsində “Zirə”nin kubokda cavab matçı öncəsi favoritə çevrildiyini söyləmək olar?

- Məncə, kubokda şanslar bərabərdir. Düzdür, biz öz meydanımızda oynayacağıq. Lakin “Sumqayıt” da mərhələ adlamaq üçün əlindən gələni edəcək. Bu dəfə etdiklərimizi cavab matçında da təkrarlamalıyıq. Məqsədimiz həm də kuboku qazanmaqdır.

- Növbəti turda “Karvan-Yevlax”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Meydana qələbə üçün çıxacağıq. “Karvan-Yevlax” aşağı pillədə osla da, heç cür arxayınlaşmaq olmaz. Qarşıdakı matçda xal itirə bilmərik. Bacardığımızın ən yaxşısını etməli və qələbə qazanmalıyıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Fevral 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri