Icma.az
close
up
RU
Tibb işçiləri ilə bağlı Prokurorluqdan açıqlama: “Yüzlərlə araşdırma və cinayət işinin istintaqı aparılır”

Tibb işçiləri ilə bağlı Prokurorluqdan açıqlama: “Yüzlərlə araşdırma və cinayət işinin istintaqı aparılır”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son dövrlər müasir tibbi nailiyyətlərdən istifadə olunması ilə bağlı cəmiyyətimizdə bir sıra anlaşılmayan məsələlər yaranır. 

Təbii ki, Azərbaycan Respublikasının Prokurorluğu olaraq bu məsələlərə zaman-zaman münasibət bildirilir. Arzu edilərdi ki, peşəkar səhiyyə işçilərimiz öz peşəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmasın. Amma belə hallar var”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov deyib. Onun sözlərinə görə, xüsusilə müasir estetik, plastik cərrahiyyə üsullarından istifadə olunur və bunun nəticəsində də vətəndaşların sağlamlığına ziyan vurulur: 

“Əlbəttə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən də bu sahədəki vəziyyət mütəmadi şəkildə ümumiləşdirilir. Əvvəllər də məsuliyyətə cəlb olunma vardı. 2025-ci il 13 iyun tarixli qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada qəbul edilib. Azərbaycan Respublikasında bu günə qədər həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı konkret hüquq norması mövcud deyildi. 

Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü, əlaqədar qurumların rəyləri və ali orqanlarda aparılan müzakirələr nəticəsində 142-ci maddə yeni redaksiyada qəbul edildi. 2025-ci il 13 iyun tarixli qanunla həmin maddənin adı və mahiyyəti dəyişdi. Bu gün səhiyyə sahəsində baş verən cinayət faktları artıq bu maddənin tərkibi altına düşür. 

Məsələn, tibb işçisi tərəfindən qanunla müəyyən edilmiş hallarda xəstəyə kömək göstərilməməsi, öz işinə vicdansız və laqeyd münasibət göstərməsi və yaxud onu lazımi qaydada yerinə yetirməməsi nəticəsində şəxsin sağlamlığına minimum zərər vurulması belə cinayət tərkibi yaradır”. 

O əlavə edib ki, əsas məsələ isə 142.2-ci maddə ilə bağlıdır. Burada ali və orta tibb təhsili, müvafiq sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin ixtisasına uyğun tibbi xidmətlər göstərməsi, həmçinin dövlət tibb müəssisələrinin nizamnamələrində, özəl tibb müəssisələrinin isə lisenziyalarında nəzərdə tutulmayan xidmətləri təqdim etməsi, ehtiyatsızlıq nəticəsində şəxsin sağlamlığına az zərər vursa belə, cinayət məsuliyyəti yaradır:

“Bəzən mətbuatda və ictimaiyyət arasında belə müzakirələr olur ki, həkimləri sertifikasiyası və şəhadətnaməsi yoxdursa, ixtisasına uyğun deyilsə, həkimlik fəaliyyəti ilə məşğul olması cinayət məsuliyyəti yaratmır. Yalnız sağlamlığa zərər vurulduqda məsuliyyət yaranır. Yəni fəaliyyətlə məşğul olması və bu zaman yüngül zərər vurması hüquq pozuntusu sayılır. 

Bu halda məsuliyyət Cinayət Məcəlləsi ilə deyil, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilir və inzibati məsuliyyət yaranır. Belə faktlarla bağlı bizdə yüzlərlə ilkin araşdırmalar və cinayət işinin istintaqı aparılır. Problem ondan ibarətdir ki, əvvəllər prosedur müdaxilələr nəticəsində şəxsin sağlamlığının ağırlaşması ilə bağlı hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmurdu. Amma artıq əməllər xüsusiləşdirilib, az zərər vurulması belə cinayət əməlləri kimi qiymətləndirilir. Təbii ki, ölüm faktı baş verərsə, bu, daha ciddi cəzalarla müşayiət olunur”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Tibb işçiləri Mahir Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri