Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Autizm xəstəlikdir, amma bu gün sosial autizmlik formalaşır.
Bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Rektor bildirib ki, bunun səbəbi uşaqların və yeniyetmələrin uzun saatlar sosial şəbəkələrdən istifadə etməsidir: “Kompüter oyunları da uşaqların psixikasına təsir göstərir və intihar hallarına səbəb ola bilir. ‘Mavi balina’ oyunu artıq hamıya məlumdur. Amma bu yaşda uşaqlara tətbiq edilən hər bir qadağa onlarda müəyyən reaksiya yaradacaq. Qadağa qoyduğumuz hallara qarşı onlara hansısa alternativ də təqdim etməliyik. Bu gün 14 yaşlı yeniyetmə heç bir məhdudiyyət olmadan sosial şəbəkədən istifadə edir, bir il sonra isə ona deyiləcək ki, 16 yaşına qədər heç bir sosial şəbəkəyə daxil ola bilməz. Biz bunun müəyyən fəsadları ilə qarşılaşacağıq. 16-18 yaş aralığında keçid dövrünün müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Çünki qadağadan sonra tam azadlığın verilməsi də müəyyən fəsadlara gətirib çıxara bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 İyun 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















