Tibb üzrə ABŞ li Nobel mükafatçısı vəfat etdi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xərçəngə səbəb olan genlərin kəşfinə görə 1989-cu ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş Con Maykl Bişop 90 yaşında San-Fransiskoda vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri dünyaşöhrətli alimin ailəsinə istinadən məlumat yayıb.
Bişopun ölüm səbəbi pnevmoniya olub.
Xəbərdə bildirilir ki, Bişop 1970-ci ildə Manhettendəki tibb mərkəzində professor Harold Varmus ilə elmi-tədqiqat əməkdaşlığına başlayıb.
Onlar birlikdə hüceyrələrin normal böyüməsini və bölünməsini idarə edən, lakin mutasiyaya uğradıqda xərçəngə səbəb olan genlərə (və ya onkogenlərə) çevrilən genlər ailəsini müəyyən ediblər. Bu iş şişlərin necə yarandığına dair təsəvvürləri dəyişib. Bundan əvvəl onkogenlər viruslar tərəfindən orqanizmə daxil edilən yad genlər kimi təqdim olunurdu.
Bişop və Varmus sübut ediblər ki, eyni genlər sağlam hüceyrələrdə də mövcuddur. Kəşf xərçəng tədqiqatlarının istiqamətinin dəyişməsinə kömək edib.
Baxış sayı:153
Bu xəbər 23 Mart 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















