Icma.az
close
up
RU
Tibb və İT ixtisaslarının balları ARTACAQ

Tibb və İT ixtisaslarının balları ARTACAQ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qəbul imtahanları yekunlaşıb. Ötən gün sonuncu imtahanın nəticələri açıqlanıb. 

Ümumi nəticələrə görə, il ərzində cəmi 2 nəfər 700 bal toplayıb. Onlar hər ikisi IV qrup üzrə imtahanlarda iştirak edib.

Təhsil eksperti Əmrah Həsənli Modern.az-a açıqlamasında deyib ki, bu il IV ixtisas qrupunda iki nəfərin maksimum nəticə - yəni 700 bal toplaması tibb sahəsinə olan marağın nə qədər yüksək və rəqabətin nə qədər kəskin olduğunu göstərir.

“Tibb ixtisası hər zaman gənclər arasında ən çox arzu olunan sahələrdən biri olub. Amma builki nəticə artıq bu marağın sadəcə istək yox, real göstəricilərlə də gücləndiyini ortaya qoyur. Yüksək ballı abituriyentlərin bu sahəyə yönəlməsi keçid ballarının daha da artmasına səbəb olacaq. Bu səbəbdən IV ixtisas qrupu üzrə tibb, əczaçılıq və stomatologiya ixtisaslarında əvvəlki illərlə müqayisədə daha yüksək keçid balları gözlənilir”.

O qeyd edib ki, I ixtisas qrupu üzrə isə nəticələr daha balanslı görünür.

“Bu sahə üzrə riyaziyyat və fizika biliklərinin əsas olduğunu nəzərə alsaq, abituriyentlərin son illərdə bu fənlərə xüsusi önəm verməsi nəticələrin müsbət istiqamətdə dəyişməsinə təsir edib. Eyni zamanda müasir texnologiyalarla əlaqəli sahələrə olan maraq da artmaqdadır. Artıq abituriyentlər mühəndisliklə yanaşı süni intellekt, proqramlaşdırma, informasiya texnologiyaları, avtomatika və kibertəhlükəsizlik kimi ixtisaslara ciddi şəkildə yönəlirlər. Bu sahələr əmək bazarında yüksək tələbatlı və perspektivli olduğu üçün gənclər həm şəxsi maraq, həm də gələcək karyera baxımından bu istiqamətləri daha üstün tutur. Ona görə də bu ixtisaslarda da keçid ballarında artım mümkündür və burada da ciddi rəqabət yaşanacağı gözlənilir”.

Təhsil eksperti vurğulayıb ki, ixtisas seçiminin necə formalaşacağı məsələsinə gəlincə, artıq illərin təcrübəsi göstərir ki, gənclərin seçimlərinə həm topladıqları bal, həm də əmək bazarındakı vəziyyət, valideyn yönləndirməsi və şəxsi motivasiyalar təsir edir:

“IV qrup üzrə tibb sahələri bu il də lider mövqeyində olacaq. Bu istiqamətdə həm rəqabət yüksəkdir, həm də abituriyentlər bu sahəyə daha sistemli yanaşır. İxtisasların prestiji, sabit iş imkanları və sosial statusu da bu marağı daha da artırır. Amma qeyd etmək lazımdır ki, yalnız yüksək bal toplamaq kifayət deyil - tibb təhsili çətin və məsuliyyətlidir, bu sahədə davamlı uğur üçün çağırışlara hazır olmaq vacibdir”.

Ə.Həsənli əlavə edib ki, I qrup üzrə abituriyentlərin əsas seçimi yenə də kompüter mühəndisliyi, proqram təminatı, süni intellekt, informasiya təhlükəsizliyi və avtomatika kimi müasir texnologiyalarla bağlı sahələr olacaq.

“Bu ixtisasların reytinqi təkcə Azərbaycanda deyil, qlobal səviyyədə də yüksəlməkdədir. Bu səbəbdən də I qrup daxilində bu sahələrdə seçilən universitetlərdə və ixtisaslarda ciddi sıxlıq, yəni yüksək rəqabət olacaq”.

Müsahibimiz onu da qeyd edib ki, II və III ixtisas qruplarına gəlincə, orada da bəlli tendensiyalar müşahidə olunur:

“II qrupda iqtisadiyyat, maliyyə, idarəetmə və mühasibatlıq kimi sahələrə maraq stabildir. III qrupda isə hüquqşünaslıq yenə ən çox seçilən ixtisas olacaq. Bununla yanaşı, müəllimlik və sosial elmlərə maraqda nisbi azalma müşahidə oluna bilər. Əvvəlki illərdə bu sahələri sadəcə “alternativ” olaraq seçənlərin sayı bu il daha ehtiyatlı qərar verə bilər”.

O həmçinin diqqətə çatdırıb ki, yekun olaraq 2025-ci ilin ixtisas seçimi mərhələsi strateji baxımdan həssas dövrdür:

“Bu mərhələdə gənclərin yalnız yüksək bal toplamasına deyil, eyni zamanda həmin balı öz bacarıqlarına, maraqlarına və əmək bazarının real ehtiyaclarına uyğun istiqamətlə yönəltməsinə diqqət yetirilməlidir. Uğur yalnız balda deyil - düzgün qərar, məqsədyönlü seçim və ardıcıl inkişafda gizlidir”,- deyə Ə.Həsənli bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri