Icma.az
close
up
RU
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi Həll yolu varmı?

Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi Həll yolu varmı?

Icma.az bildirir, Tribuna portalına istinadən.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində – xəstəxana və poliklinikalarda tibbi arayış almaq böyük problemə çevrilib. Bu səbəbdən xəstəxanalarda uzun növbələrin olması artıq hamıya məlumdur. Vətəndaşlar bildirirlər ki, bir arayış almaq üçün günlərlə xəstəxana növbələrində gözləsələr də, həkim qəbuluna düşməkdə çətinlik çəkirlər.

Məsələn, yaxın günlərdə bir vətəndaş sosial şəbəkədə yazıb ki, uşağını bağçaya qoymaq üçün ondan tibbi arayış tələb olunub. Arayışı almaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana səhər saat 9-da xəstəxanaya çatanda özünü 1780-ci sırada görüb. 1 yaşlı körpə ilə uzun növbəni gözləyə bilməyən ana məcburiyyət qarşısında qalaraq evə qayıdıb.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, körpələrin xəstəxanalarda uzun müddət növbədə qalması yolverilməzdir:

“Bütövlükdə İcbari Tibbi Sığorta sisteminin problemi ondadır ki, bu sistem qurularkən heç bir məsləhətləşmə aparılmadı, proses imperativ qaydada həyata keçirildi. Nə randevu, nə də infrastruktur sistemi yaradıldı. Sadəcə əhaliyə müəyyən izahatlar verildi, vəssalam. Nəticə isə göz qabağındadır – körpə uşaqlar bir arayış almaq üçün xəstəxanalarda gözləyirlər”.

Adil Qeybulla təəssüf hissi ilə vurğulayıb ki, hələ də randevu sistemi qurulmayıb:

“Əgər bu gün uşaq uzun müddət xəstəxanada növbədə qalırsa, bu artıq sistemin düzgün işləmədiyini göstərir. Yaxşı olardı ki, Avropa ölkələrində olduğu kimi ailə həkimi institutu yaradılsın. Düzdür, bizdə sahə həkimi var. Məncə, analizlərdən sonra uşağın arayışı elektron qaydada verilməsi daha məqsədəuyğun olar. Görüləsi işlər çoxdur və bunların həlli əslində asandır. Təəssüf ki, hər şey olduğu kimi qalır. Fakt budur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri