Icma.az
close
up
RU
Ticarət əlaqələrinin inkişafı üçün Cənubi Qafqazda daimi sabitliyin olması Çin və Aİ nin marağındadır

Ticarət əlaqələrinin inkişafı üçün Cənubi Qafqazda daimi sabitliyin olması Çin və Aİ nin marağındadır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, Rabil Kətanov, AZƏRTAC

Prezident İlham Əliyevin Çinə dövlət səfəri və səfər çərçivəsində iki dövlət arasında imzalanan sənədlər perspektivdə qarşılıqlı iqtisadi əməkdaşlığın daha da faydalı olacağından xəbər verir.

Dövlət başçılarının iştirakı ilə bir çox sahələri əhatə edən əməkdaşlıq haqqında sazişlər imzalandı. Bunların arasında Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında saziş və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının imzalanması diqqəti daha çox çəkir. Orta Dəhlizin aktuallıq kəsb edərək fəaliyyətə başlaması onu Çinin qlobal xarakter daşıyan “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsinə çevirib.

“China Global Television Network Turk” (CGTN Türk) media qurumunun siyasi şərhçisi Yakub Aslan bildirib ki, Azərbaycan Türkiyə ilə Çin arasında əlaqələndirici rola malikdir. Son 20 ildə Türkiyə ilə Çin arasındakı ticarət dövriyyəsinin həcmi 40 dəfə artaraq 46 milyard dollara çatıb və artmaqda davam edir. Ticarətin artması yeni logistika mərkəzlərinin yaranmasını, nəqliyyat infrastrukturunun yenilənməsini, tranzit yolların açılmasını tələb edir. Bu baxımdan Orta Dəhliz böyük əhəmiyyət kəsb edir.

Şanxay Universitetinin professoru Hunşen Şen ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib ki, “Orta Dəhliz qlobal münaqişələrdən kənarda qalan bir marşrutdur. Bu dəhliz yeni iqtisadi modellərin yaranmasına və regionda dayanıqlı inkişafa səbəb olacaq bir layihədir”. Professor nəzərə çatdırıb ki, nə Rusiya-Ukrayna müharibəsi, nə də Yaxın Şərqdəki münaqişələr Orta Dəhlizin fəaliyyətinə maneə ola bilməz, əksinə, kənardakı silahlı toqquşmalar sabit regiondan keçən dəhlizin işinin güclənməsinə səbəb olacaq. Professorun fikrincə, Xəzər dənizi üzərindən keçən marşrut Türkiyə ilə Azərbaycanın əlaqələrini daha da artıracaq, inteqrasiya proseslərini sürətləndirəcək.

Gürcüstanda fəaliyyət göstərən “Cosco Shipping Lines” nəqliyyat şirkətinin baş meneceri Qivi Çaçanidze bildirib ki, 2023-cü ilə nisbətən 2024-cü ildə Orta Dəhlizlə konteyner daşımaları 65 faiz artıb. Q.Çaçanidzenin şirkəti Avropadan Asiyaya konteyner yüklərinin daşınması üçün artıq sifarişlər alıb və buna əsasən cari ildə də konteyner daşımalarının artacağını gözləyir.

Çinin Avropa ilə ticarət əlaqələrini artırması istiqamətində həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsində Azərbaycana əhəmiyyətli yer ayırması da təsadüfi xarakter daşımır. Belə ki, Azərbaycanın ölkədə həyata keçirdiyi iqtisadi islahatlar, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətini dünya standartlarına çatdıraraq artırması və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri nəzərə alınıb. Çinin bu layihələrə böyük ehtiyacı var. Rusiya ilə Ukrayna arasında 2022-ci başlanan silahlı toqquşmadan sonra Danimarkanın “Maerks”, Finlandiyanın “Normand and Logistics”, Niderlandın “Rele Bridc Gargo”, Fransanın “Sva Logistics” şirkətləri Avropadan Asiyaya daşınan yüklərin 40 faizinin Cənub marşrutundan Orta Dəhlizə keçirdilər.

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məlumatına əsasən, 2024-cü ildə Qazaxıstan və Azərbaycanın dəniz limanlarından 3,3 milyon ton yük aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 20 faiz çoxdur. 2024-cü ildə Çindən Orta Dəhlizlə Avropaya göndərilən konteyner qatarlarının sayı 33 dəfə artıb.

“Qazaxıstan Dəmir Yolları”nın inteqrasiya və planlaşdırma idarəsinin rəis müavini Alibi Tuleqenov bildirib ki, 2024-cü ildə Çinin Sian şəhərində yük terminalının istifadəyə verilməsi ilə göndərilən konteyner qatarlarının sayı 358-ə çatıb. Cari ildə isə Çindən Orta Dəhlizlə 600 konteyner qatarının tranzit olaraq göndərilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda Orta Dəhlizin dəmir yolu seqmentinin yükaşırma qabiliyyəti 6 milyon tondur: “Dəmir yolları və liman infrastrukturunu inkişaf etdirmək hesabına yaxın gələcəkdə dəhlizin yükaşırma qabiliyyətinin 10 milyon tona çatdırılması planlaşdırılıb”.

Orta Dəhliz yalnız Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Bu layihənin iqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi əhəmiyyəti də az deyil. Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun davamı olan Orta Dəhliz layihəsi dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq, iqtisadi layihədə iştirakına imkan yaranıb. Eyni zamanda, bu dəhliz Azərbaycanın Avropa ilə Asiya arasında ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir.

Avropa İttifaqının (Aİ) da bu marşruta diqqət ayırması onun Uzaq Şərq, Çin və Cənub Şərqi Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirmək istəyindən xəbər verir. Ötən ilin fevralında Brüsseldə keçirilən “Global Gateway” (Qlobal açılım) forumunda çıxış edən Aİ komissiyasının sədr müavini Valdis Dombrovski bildirib ki, Aİ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına 10 milyard avro sərmayə yatıracaq.

Çin Orta Dəhlizin perspektivini düzgün qiymətləndirərək Azərbaycan ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Bu baxımdan Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında saziş və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının imzalanması təsadüfi xarakter daşımır.

Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, qeyd etmək lazımdır ki, Çin, Cənub Şərqi Asiyanın digər dövlətləri və Aİ ticarət əlaqələrinin inkişafı üçün regionda daimi sabitliyin olmasında maraqlı olacaqlar. Çin qlobal siyasi güc kimi buna tam zəmanət vermək iqtidarına malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri