Icma.az
close
up
RU
Tifaqı dağılanların vay şivəni

Tifaqı dağılanların vay şivəni

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki əsr bundan əvvəl başlayaraq hayların düşüncəsinə yeridilmiş “böyük Ermənistan”, “miatsum”, “artsax” kimi xəstə ideologiyaların “qalaları” bir-bir uçurulduqca onların altında qalanların hay-küyü aləmi bürüyür. Təməli xəbis niyyətlərlə atılmış həmin “qalaların bənnalarının” – daşnakların daim sığınacaq yeri olmuş Erməni Apostol Kilsəsi də bu aqibəti yaşamaqdadır.

İndi də son aqibətləri əməlləri ilə üst-üstə düşənlərin xilaskarlıq missiyası göstərənlər ortaya atılıblar. Bunlardan biri barəsində dəfələrlə yazdığımız Beynəlxalq Rusiya-Ermənistan “Lazarev klubu”dur. Moskva və Bütün Rusiyanın patriarxı Kirilə müraciət ünvanlayan “klubçular” ondan Ermənistanda “cinayət təqibinə məruz qalan” bütün ermənilərin katolikosu II Qareginin müdafiəsi üçün vəsatət qaldırmasını xahiş ediblər. Onların rəsmi İrəvanın kilsəyə qarşı qanuni mübarizəsini gözdən salmaq üçün irəli sürdükləri motivlərə diqqət yetirin: “iki ölkə (Rusiya və Ermənistan nəzərdə tutulur – red.) arasında davam edən siyasi, hərbi və iqtisadi əlaqələrin deqradasiyası ilə bağlı narahatlıqlar”, “rus və erməni xalqları arasındakı əsrlik tarixi münasibətlərin təməllərinə mənfi təsir göstərən tendensiya”.

“Din xilaskarları” müraciətlərində yazırlar: “bütün ermənilərin katolikosu və dünyanın ən qədim kilsəsi olan Erməni Həvari Kilsəsinin rəhbəri II Qaregin əsassız bir ittihamla üzləşmək üçün cinayət işlərinə baxan məhkəməyə gəlməyə məcbur edilib. Bu rüsvayçılıq, Müqəddəs Eçmiədzinə ləkə yaxmaq məqsədilə belə üsullara əl atan hakimiyyətin üzərinə əbədi bir ləkə kimi düşəcək. “Lazarev klubu” Şurası bütün dünyadakı erməniləri və Ermənistanın dostlarını, Ermənistanda xristian inancına və onun liderlərinə qarşı yönəlmiş misli görünməmiş təqibi – sivil dünyada ağlasığmaz olan bu hərəkətləri pisləməyə çağırır”. Bu məqamda “Lazarev klubu”nun yaranma tarixinə və əsl missiyasına işıq salmağa ehtiyac var.

ARAYIŞ: Bu klub Lazaryan ailəsinin adını daşıyır. 1747-ci ildə İrandan Rusiyaya gələn Lazar Nazaroviç Lazaryan erməniləri bu ölkəyə köçürmək üçün xeyli “əziyyət” çəkib. Əvvəlcə oğlunu imperatriça Yekaterinanın hüzuruna gətirir və onu saray zərgərinə çevirir. Böyük maliyyə resursları malik Lazaryan qardaşları pula həris rus elitasını asanlıqla satın alıblar. Hər yeni müharibə, hər bir sülh müqaviləsi ermənilərin Rusiyaya köçürülməsinə rəvac verib.

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini, anti-Azərbaycan çıxışları ilə “məşhurlaşmış” Konstantin Zatulinin “Lazarev klubu”nun ən fəal üzvlərindən biri olması barədə yazmışıq. Hay oliqarxların pulu ilə sifariş verilən mahnılara oynayan bu personanın ermənidən daha çox ermənilik etməsinin səbəbi məhz aldığı yüksək qonorarlardır.

Qayıdaq bütün ermənilərin katolikosu II Qareginin müdafiəsinə qalxan, dövrü və reallığı görməzdən gələn təxəyyül xəstələrinin məntiqinə, daha doğrusu, məntiqsizliyinə. Moskva və Bütün Rusiyanın patriarxı Kirildən başqa Roma Papası XIV Leoya da bəyanat göndərən lazaryanların ritorikası: “Susmayın! Erməni Həvari Kilsəsinin və Ermənistandakı bütün xristianların müdafiəsi naminə səsinizi ucaldın!”. Bunun ardınca tifaqı dağılanların vay-şivəni başlayır, baş nazir Nikol Paşinyanın ünvanına ittihamlar səsləndirilir. Guya Ermənistanda 7 iyun seçkisi öncəsi və səsvermə prosesində iqtidardaxili siyasi repressiyalar, hədə-qorxu və təhdidlərə əl atıb, ədalətsiz və qeyri-demokratik seçki keçirlib: “Bu komanda nə Ermənistan cəmiyyətinin konsolidasiyasına, nə də Nikol Paşinyanın ölkəni sürüklədiyi böhran və uğursuzluqlardan çıxış yoluna gətirib çıxaracaq. Biz bu şəxsin yenidən Ermənistan hökumətinin rəhbəri təyin olunmasını hakimiyyətin açıq şəkildə qəsb edilməsi kimi qiymətləndiririk. Bu vəziyyətin necə həll olunacağına dair qərarı Ermənistan vətəndaşlarının özləri verməlidir”.

Burada xoruzun quyruğu tam aydın görünür. Deməli, Ermənistanı “uğursuzluqlar seriyasından” çıxarmağa çalışanların məqsədi heç də “yazıq və mömin” katolikosu həbs olunmaqdan qurtarmaq yox, cəmiyyəti siyasi hakimiyyəti dəyişməyə kökləmək və buna xaricdən dəstək qazandırmaqdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə erməni ruhaniləri arasında münasibətlərin korlanması bugünün məsələsi deyil. Hələ İkinci Qarabağ müharibəsindən əvvəl Müqəddəs Eçmiədzin Ana Kilsəsi separatçı Qarabağ klanını əvəzləyən Paşinyan hökumətini Dağlıq Qarabağ bölgəsi ilə bağlı siyasətini tənqid edir, hətta “zəifliyə” görə baş nazirin istefasını tələb edirdi. Yəni kənardan idarə olunan kilsə birbaşa siyasətə qarışırdı. Eçmiədzindən prosesi idarə edən II Qareginə belə qeyri-qanuni əməllərinə görə məsuliyyətə cəlb olunmayacağına təminatı onun kilsə nizamnaməsinə əsasən, bu posta ömürlük seçilməsi verirmiş. Əslində, Paşinyanın Erməni Həvari Kilsəsi ilə mübarizəsinin mahiyyəti məhz bu “toxunulmazlıq statusu”nun ləğvinə bağlıdır. Və real Ermənistan yaratmaq istəyən Nikol bu kampaniyanı heç kimdən çəkinmədən, açıq şəkildə aparır.

Son iki əsrdə hayların üzləşdiyi bütün bədbəxtliklərin baiskarı kilsə heç vaxt məhşər ayağına çəkilməmişdi. Bölgədə yeni münaqişəni körükləməyə can atan bu dini deyil, dinsiz, avantürist yuvasının tezliklə uçurulmasının qonşulardan daha çox, Ermənistanın özü üçün faydalı olacağına əminik.

İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri