Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Netanyahu ABŞ yə səfər edəcək

Tifaqı dağılan dünya..

Tifaqı dağılan dünya..

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Hüquqşünas, publisist Şəmsəddin Əliyev

(Publisistik düşüncələrin axarında 2-ci yazı)

“Tarix bizə öyrədir ki, nizamı qorumaq onu qurmaqdan

daha çətindir. Dağılan hər nizam böyük fəlakətlərlə gəlir”

Henri Kissincer.ABŞ-n kemmiş döv.katibi

Yəhudi yazıçısı, təhkiyə sənətinə görə Nobel mükafatına layiq görülən Şmuel Aqnon mükafatın təqdimolunma nitqində deyir: “Məni heç kəs yerdəki heyvanlardan və göydəki quşlardan yaxşı öyrədə bilməz”. Bəlkə də, düzgün ifadə olunub. Hərdən “Heyvanlar aləmində - V Mire Jivotnıx” verilişinə baxanda dördayaqlılardan götürüləsi çox şeylərin fərqində olmuruq ...

Dünyanı öz ixtiraları ilə məcrasına qoymaq istəyən Alfred Nobelin insanlara böyük işlərin - şaxtaların ram olunmasında, yolların, tunellərin və kanalların çəkilməsində yardımı danılmazdır. Alfred Nobel kəşf etdiyi dağıdıcı qüvvədən istifadə ilə insanların təbiətə qarşı hücuma keçməsinə geniş imkanlar yarandı. Alfredin əldə etdiyi o maddə bəşəriyyət üçün ağlasığmaz şeyləri reallığa çevirdi. Kaş, o cür dağıdıcı qüvvənin təsiri ilə ədalətsizlik qalalarını dağıtmaq və bəşəriyyətin təhlükəsiz yaşaması, rifahı üçün geniş imkanlar açılaydı! Bu gün imkansızlıq bəndləri var. O bəndlər hamıya bəlli gerçəkliklər qarşısında tab gətirə bilmir. Bəşəri arzulara istiqamətlənən yollar buxovlanır, insan ölümü adi hala çevrilir. Kaş, Alfred Nobelin ədalətsizlik qalalarını dağıda və yeni bir həyat yolunu aça bilmək qüdrəti olaydı, sınmış, lakin ümidlərlə yaşayan insanlara rifah bəxş edəydi fəlakətli vəziyyətlər bloklanaydı ...

Bəzən dövlət məmuruna deyiləsi kiçik bir şikayət aylarla masalarda qalır və bəzən də kağıza sığmayan sözləri bir neçə cümlə ilə qarşısında olduğun insana söyləməklə rahatlıq tapırsan.

Bəşəriyyət günaha batıb, bakirəliyi pozulub, dincəlməyə də imkan verilmir, sutka ərzində istismar olunur. Dünyanın gözləri qarşısında kolonial, milli, regional, dini münaqişələr davam edir, proqramlı sürgünlər haradan-harasa gedənləri seyr etmək çətin deyil.

Fani, ötəri keçmişin qanlı səhifələrindən XXI əsrin müasir köləlik dövrünə qədər uzanan məsafədə dağıntılar, ağrılar və anlaşılmazlıqlar yaydan çıxmış ox kimi gözə batır. Baş verənlərdən görünür ki, insan məşəqqətlərə dözə bildiyi üçün mübarizəyə üstünlük verirlər...

Həyatda iki ziddiyətli qüvvənin – Xeyirlə Şərin olduğuna inanıram və inanıram ki, “Şər çiçəklərin”dən yazanlar da xeyirin tərəfində durur, onu müdafiə edir. Bütün dövrlərin dahi şairlərindən olan Dante Alighieri XIV əsrdə bu yolu getmişdi. Onun şeirlərindən sonra demək olar ki, şairlik mənasız peşə kimi görünsə də, Lirika yolu Dante yoludur, - deyə bilərik. Dante dünya ədəbiyyatının şah əsərlərindən sayılan “İlahi Komediya” əsəri ilə şöhrət qazanmışdır. Əsərdə insanın günahdan təmizlənib saflaşaraq mənəvi kamilliyə çatmasını simvolik şəkildə təsvir edilir, İtalyan dilini yüksək ədəbi dil səviyyəsinə qaldırır, orta əsr düşüncəsi ilə intibah ideyaları arasında körpü salır. Dantenin yaradıcılığı sonrakı əsrlərdə saysız-hesabsız şair və yazıçılara təsir etdi. Onun poetik dili o qədər zəngin və nüfuzlu olmuşdur ki, çox vaxt o,“İtalyan dilinin atası” adlandırılıb. “İlahi komediya”sı bu gün də ən çox oxunan klassik əsərlər sırasındadır.

Mən həmişə heyrətamiz və qorxunc həyatın qapısına ümidlə baxmışam. Zərurət yarananda qapının zəngini basıb içəri daxil olanda, nələri görmədim....

Həyatımızın heç zaman qurumayan çeşməsi ana dilimizdir. Ölü dil də var, idiş dili. XX əsrin əvvəllərində idiş dili milyonlarla insanın ana dili olub. Lakin Holokost nəticəsində o dildə danışanların sayı kəskin azalıb. Bu gün idiş dili əsasən bəzi ultra-pravoslav yəhudi icmalarında istifadə olunur. İdiş dili ivrit dili ilə eyni deyil, alman mənşəli yəhudi dilidir. İsrailin rəsmi dili İvrit dilidir...

Bu gün atom bombası nəticəsində dumana bürünən şəhərlər var. Avropa qitəsinin bəzi şəhərləri belə vəziyyətdədir. Bu qitə böyük günahların içində çabalayır, öz günahlarını yumaq üçün heç nə etmir!

Bəlkə də dünya ölkələrinin üzv olduqları BMT, NATO, AB, AŞ-nin mühairbə istəyinə, təbliğatına və qisasa qarşı peyvəndə ehtiyac var. Uzun illər bundan əvvəl Xirosimada, Naqasakidə, sürətlə dirçələn Qarabağda baş verənlər, bilə-bilə XXI əsrdə yerlə yeksan olunan Qəzza, Fələstini, Ukrayna şəhərlərini və s. yerlərdə təkrar olunur..

Böyük Britaniyanın ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vilyam Qoldinq mükafatın ona təqdimetmə mərasimindəki çıxışının sonunda üzünü dəvət olunalara tutur: - Dünyanın diqqətinin mənə yönəldiyi bu dəqiqələrdə bir millətin və bəşəriyyətin kiçik nümayəndəsi kimi deyirəm, dünya gücləri, özünüzə gəlin. Ətrafınıza nəzər salın, ağlınızı başınıza yığın. Aranızdakı razılıq ağıl, zəhmət, bacarıq tələb etmir, yalnız sağlam fikir, hədsiz səxavət tələb edir. Bunları edin, edin!

Atam sadə bir usta, dülgər-xarrat olub. Ətraf kəndlərdə “usta”, “dülgər” kimi tanınırdı. Orta səviyyəyə çata bilməyən kasıb bir ailə idik. Qismətimizlə razılaşar, çətin güzəranı özünə dərd etməzdi. Dünya həyatının riyakarlığına çoxdan bələd idi. Hərdən deyərdi: Bu həyata çox inandım, ərk etdim, amma ibadətimizə və sədaqətimizə xilaf çıxdı, nankorluq etdi... Atam şöhrətin öz-özünə gəlmədiyini yaxşı anladırdı. Zəhmətin tacına nail olmaq bəzən bir ömür bəs etmir. Uşaq vaxtlarımızda əyləndiyimiz çayda çimib rahatlanardıq. Payız aylarında isə yuxarıdan çaya atdığımız daşların yaratdığı dairələrilə öyünərdik. “Kim, daha çox dairə yarada bilər”, - deyə yarışardıq. İnanardım ki,həyat daşdan sonra çayda yaranan dairələrdir. Sonda ondan əsər və əlamət qalmır.

Biz həyatın nəhəng zəncirinin bir həlqəsiyik, - düşünürəm. Uşaq vaxtlarında axşamlar səmaya baxıb ulduzlarla təmas etməyim çox olub. Xırda böcəklərin işığı ilə ətrafda metal səsi verən dınqıltısını da çox etmişəm.

“Ötən yüzillik özündən sonra o qədər suallar qoyub ki, XXI əsrin buna ”adam balası” kimi cavab verə biləcəyinə inanmıram. Planetin həyatı təhlükədə, təbiət rəhmsizcəsinə istismar edilir, yandırılır. Bu, insanlığın intiharına aparan bir marafona çevrilib. Məhz buna görə də bu gün ölkələr arasında qarşıda duran əsas məsələlərdən biri, həyati cəhətdən çox vacib sayılan və dövlətlərin sosial, həm də siyasi quruluşundan asılı olmayaraq, ətraf mühitin qorunmasıdır. ”Təbiətin mühafizəsi bəşəriyyətin özünü xilas etməsidir”.

Dünyada baş verənlərə seyrçi mövqedə durmaq olmur. Dünyanın Hökumətləri 50 il ərzində etməli olduqlarını etmədilər, korrupsiyaya bulaşmış vəzifələrində şəxsi maraqlara üstünlük verdilər. Haqsızlıq artdı, bərabərsizlik çoxaldı, cəhalət daha geniş yayıldı. Bədbəxtlik baş alıb gedir. Qayaların quruluşunu, möhkəmliyini öyrənmək üçün başqa planetə peyklər göndərilir, şizofrenlik həyatı yaşayanlar aclıqdan ölən insanlardan etinasızlıqla danışır. Marsa getmək adama qonşuya baş çəkməkdən asan gəlir, orda yaşamaq istəyən və turist kimi ziyarətə getmək istəyənlər də var. Heç bir hökumət vəzifəsini ya yerinə yetirə bilmir, ya da istəmir.

Unuda bilmədiyim məktəb xatirələrim var. 7-ci sinifdə oxuyanda Ədəbiyyat müəllimim lövhədən rəsm əsəri ilə bağlı heç bir məlumat vermədən şagirdlərə inşa yazmağı tapşırmışdı. Mən inşa yazımda Zürafəni Kenquru kimi təqdim etmişdim. Kənd həyatına uyğun ondan istifadə edildiyini qələmə almışdım. Kənddən kənarda heç nəyi görməyən məktəbli bundan artıq nə yaza bilərdi ki? İnşadan sonra müəllim hiddətlənmişdi. Amma nədənsə mənə müsbət qiymət verib əlavə etmişdi. “Yaxşı qələmin var!” “Öz-özümə: “Həqiqətənmi yazdıqlarım düzdür?” - düşündüm...

Rəvayət edirlər ki, böyük Sezar qədim Misirə çatanda yaş sahildə üzüqoylu yıxılmışdı. Sərkərdələri qorxuya düşsə də ağıllı Sezar qışqırmışdı: “Afrika, mən səni sevirəm”. Bir neçə yüz il sonra imperator Yustinan bir dəfə əsgərləri ilə məşq edərkən qalxanı iki yerə bölünür, imperatorun əlində yalnız qalxanın dəstəyi qalır. Hamını dəhşət bürüyür. O, isə demişdi: “Nəyim varsa, ondan da yapışmışam”. Hazırcavab şəxsiyyətlər kimi ədəbiyyat müəllimim mənə, “Yaxşı qələmin var”:,-deyəndə mən cavab vermişdim ki, qələmlə yox, lələklə yazmışam... (Müəllimim məni lağa qoymuşdu, ruhu şad olsun.)

Orxan Pamuk demiş... Bəzən “Nəyə görə yazdığımı bilmirəm, amma yazanda şübhəsiz, özümü yaxşı hiss edirəm”. Doğrusu mən də mütaliədən sonra nəyisə qələmə alanda rahat oluram ki, bildiklərimi ictimailəşdirəcəyəm...!

Duyğulu insanlara xas həssaslıq göstərirəm, eksperimentlər aparır, bəzən özüm də yazdıqca əzab çəkir, ümidlərimi və arzularımı dünya və həyat ilə daha yaxşı bağlaya bilirəm. Yazdıqlarım qədər heç kimlə hərtərəfli danışa, münasibətdə ola bilmirəm. O məndən heç nə istəmir. Sovet dönəmində ölkəmizin polis orqanlarında xidmət etdim. SSRİ adlanan nəhəng ittifaqda birgə yaşadığımız insanlardan hörmət gördüm. İdeyalar uğrunda inqilab edənlər güllələndi, həlak oldular. Böyük ideyalar vətən övladlarını Anakonda ilanı kimi uddu. Sən demə, ideyalar ağrı duymur... Yenidənqurma dövrü başlandı, azadlıq həsrətilə yürüş edildi, bəziləri başqa mərhələyə gedib çıxdı. Postsovet dövründə bəzi xalqalarda avtokratiya totalitarizminin müxtəlif formaları çiçəkləndi: “Qırmızı bayraqlı, oraq-çəkicli imperiya”nın dağıntıları altında yavaş-yavaş haçalanıb çıxan kiçik ölkələr müqəddəs bir yolla irəlilədi... Azadlıq adlanan bir yol, uzun və çətin bir yol... Afroamerikanlılar-qaradərililər müstəqillik qazanandan sonra mübarizənin dayandığına görə məyus olublar. “Qaradərilər mübarizə üçün xəlq edilib. Boş dayanmaq xeyrimizə deyil”,- deyə heyifslənirlər.

Hamımız eyni dünyada yaşayırıq. Amma bu dünya narahat bir məkana çevrilib. Televizora baxan kimi aparıcıların yeni döyüş gəmilərini və təyyarələrini, pilotsuz aparatların “fərasətindən” danışıqlarını eşitdikcə : “Barbarlıq, zorakılıq dövrü quldarlıq dövrü başlayır. Dünyanın və demokratiyanın tifaqı dağılır, Artıq xeyirlə - şərin toqquşmasının şahidi oluruq. Hər birimiz bu mübarizənin həm şahidi, həm də iştirakçısıyıq, - düşünürəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see393

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see235

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see201

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see200

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see198

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see196

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see195

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see191

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see186

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see185

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see175

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see175

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see170

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see170

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see166

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see165

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see164

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see162

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri