Icma.az
close
up
RU
Tiflisdə aksiya: etirazçılar canlı yayım tələb edirlər VİDEO

Tiflisdə aksiya: etirazçılar canlı yayım tələb edirlər VİDEO

Tiflisdə etirazçılar canlı yayım tələbi ilə ölkənin İctimai Televiziyasının binasına axın edib.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Etirazçılar, o cümlədən tanınmış ictimai xadimlər bildiriblər ki, İTV dövlət büdcəsindən maliyyələşir və ona görə də telekanal xüsusən də bir neçə gündür ölkədə keçirilən mitinqlərlə bağlı xəbərləri qərəzsiz olaraq yayımlamalıdır.

Artıq kanal rəhbərliyi onlarla görüşüb, bir neçə saatdan sonra canlı yayımı təmin edəcəyinə söz verib. Etirazçılar bununla razılaşaraq, binanın həyətində gözləyirlər.

Hökumət əleyhinə əsas mitinq isə Rustaveli prospektində, parlament binasının yaxınlığında planlaşdırılır. Artıq insanlar parlament binasına yaxınlaşırlar. Oraya əlavə polis dəstələri yerləşdirilib.

seeBaxış sayı:47
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri