Icma.az
close
up
RU
Tiflisdə ilk dəfə etiraz aksiyası dağıdılmadan başa çatıb

Tiflisdə ilk dəfə etiraz aksiyası dağıdılmadan başa çatıb

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu, bir həftəlik Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi mitinqlər ilk belə haldır

Tiflisdə dünən gecə keçirilən etiraz aksiyası polislə toqquşma və ya nümayişçilərin dağıdılması ilə başa çatmayıb. Bu, bir həftəlik Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi mitinqlər ilk belə haldır.

Adətən Rustaveli prospektinə bitişik küçələrdə nümayişçilərdən ibarət kiçik qruplar ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalardan sonra minlərlə insan Gürcüstan Parlamentinin binasının qarşısından uzaqlaşmağa başlayıb. Həmçinin aksiyada praktiki olaraq heç bir pirotexniki vasitədən istifadə olunmayıb.

Bununla belə, bəzi həbslər olub. Çiçinadze küçəsində təhlükəsizlik qüvvələri ilə şifahi mübahisədən sonra iki nəfər saxlanılıb. Ən azı üç nümayişçi hələ mitinq başlamazdan əvvəl polis bölmələrinə aparılıb. Polis saxlanılanların üzərində qanunsuz əşyalar tapdıqlarını bildirib.

Gecə saat 2-yə yaxın nümayişçilər Respublika Meydanına yaxınlaşıblar. Onlar təxminən saat 04:30-da Rustaveli prospektini tərk ediblər.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda genişmiqyaslı etirazlar kortəbii şəkildə başlayıb. Buna səbəb Baş nazir İrakli Kobaxidzenin bəyanatı olub. O, hakimiyyət orqanlarının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və Avropa Birliyinin bütün büdcə qrantlarından imtina etmək qərarına gəldiyini açıqlayıb.

Tiflisdə mitinqlər su şırnaqları, rezin güllələr, gözyaşardıcı qaz və bibər qazı ilə yatırılıb. Bir həftə ərzində hakimiyyət 300-dən çox adamı saxlayıb. Onların əksəriyyəti təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Döyülənlər arasında etirazları işıqlandıran əllidən çox media işçisi də var. Səhiyyə Nazirliyi 134 etirazçı, 20 jurnalist və 50 Daxili İşlər Nazirliyinin əməkdaşının xəstəxanaya yerləşdirildiyini bildirib.

Ötən gün polis müxalifət partiyalarının ofislərində və vətəndaş fəallarının mənzillərində reydlər keçirib. Nəticədə qrup zorakılığının təşkilində ittiham olunaraq 7 nəfər saxlanılıb.

Vətəndaş cəmiyyəti və müxalifət hakimiyyətin son hərəkətlərini repressiyanın başlanğıcı və hədə-qorxu cəhdi kimi qiymətləndirir. Kobaxidze onları “profilaktika” adlandırıb. Onun sözlərinə görə, tədbirlər əvvəlcədən planlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri