Icma.az
close
up
RU
Tik Tok dalğası Hər kəs işini atıb “asan pul”un arxasınca qaçır

Tik Tok dalğası Hər kəs işini atıb “asan pul”un arxasınca qaçır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son illərin ən məşhur platformalarından biri olan Tik-Tok artıq sadəcə əyləncə məkanı deyil.

Bu sosial şəbəkə bir çox insan üçün “asan pul qazanmaq yolu” kimi görünür. Elə bu səbəbdən də demək olar ki, hamı işini-gücünü bir kənara qoyub Tik-Tok-un arxasınca qaçır.

Əslində Tik-Tok-da pul qazanmaq mümkündür. İzlənmə sayına görə reklam gəlirləri, canlı yayımlardan “hədiyyələr”, sponsorluq əməkdaşlıqları və s. Bütün bunlar həqiqətən də pul gətirə bilər. Amma problem ondadır ki, çoxları bunu asan yol kimi görür. Yəni sabahdan telefonunu götürüb 1-2 video çəkərək və dərhal məşhur olub pul qazanacağını düşünür.

Reallıq isə tamam fərqlidir. Platformada on milyonlarla insan eyni şeyi edir. İzlənmək üçün vaxt, kreativlik, davamlılıq və strategiya lazımdır. Amma çoxları bu çətinliyi görmədən, “asan qazanc” xəyalına qapılır.

Hamının “influencer” olmaq istəyi artıq sosial nəticələr də doğurur. Peşələr dəyərdən düşür. İnsanlar illərlə oxuyub işləməkdənsə, qısa yolla məşhur olmağı daha sərfəli sayır. Gənclər yanlış təsir altına düşür və “asan həyat” anlayışı gerçəklik kimi təqdim olunur. Məzmun keyfiyyəti zəifləyir. Hər kəs izlənmək üçün sensasiya, bayağılıq və hətta təhlükəli davranışlara əl atır.

Bəli, Tik-Tok-dan pul qazanmaq olar. Amma bu, “asan yol” deyil. Bu, daimi iş, kreativ düşüncə, düzgün auditoriya seçimi və strategiya tələb edir. Əks halda, bir çox insan illərini TikTok-da keçirib, nə pul, nə də real nəticə görə bilər.

Bu gün hamı Tik-Tok-a üz tutub, “asan qazanc” xəyalı ilə yaşayır. Amma sual budur: sabah bu dalğa sakitləşəndə, həmin insanlar geriyə qayıdanda hansı peşəyə, hansı bacarığa söykənəcəklər?

Əslində problem Tik-Tok-da deyil, “asan pul”a aldanan insan psixologiyasındadır. Çünki heç bir uğur istər real həyatda, istərsə də sosial şəbəkədə zəhmətsiz əldə olunmur.

Leyla Mirzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri