Icma.az
close
up
RU
“TİKİNTİ BUMU”NUN HƏDƏFİ... Bütün ölkə Bakıya yığışacaq?

“TİKİNTİ BUMU”NUN HƏDƏFİ... Bütün ölkə Bakıya yığışacaq?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bayram günlərində paytaxtda və Sumqayıtda tikinti şirkətlərinin yol verdiyi neqativ əməllər barədə qalxmış ictimai ajiotaj hələ də səngiməyib. Bu sahədə özbaşınalıq və ədalətsizliyin olduğu danılmazdır. Məsələnin başqa bir neqativ tərəfi də odur ki, hazırda tikinti şirkətlərinin əksəriyyəti vur-həşirlə məhz paytaxtda və onun yaxın ətrafında inşa işləri ilə məşğuldur.

Bu isə onsuz da əhalinin sıx yaşadığı Bakını bir az da yükləməklə yanaşı, paytaxtda mənzillərin qiymətinin fantastik həddə qədər şişməsinə rəvac verir. Halbuki digər bölgələrdə geniş tikinti-quruculuq işləri aparılsa, bu həm o ərazilərin məskunlaşdırılması işlərinə töhfə verər, həm də ölkə əhalisinin respublikanın bir nöqtəsində təmərküzləşməsinin qarşısını alar. Nəticədə ölkəmizdə bir neçə yox, daha çox sayda iri şəhərlər əmələ gələr.

Bu baxımdan paytaxtda mənzil tikintisinin məhdudlaşdırılması üçün xüsusi qanuna, sərəncama ehtiyac varmı?

Deputat Vüqar Bayramov vurğulayıb ki, inşaat şirkətlərinin tələbin yüksək olduğu ərazilərdə cəmləşməsi təbiidir. "Yeni Müsavat”a mövzunu şərh edən deputat bildirib ki, bu, paytaxtda mənzillərə tələbin yüksək olması ilə əlaqədardır: "Bu sahədə qaydaların daha da təkmilləşdirilməsi vacibdir. Xüsusilə nəzərə almaq lazımdır ki, tələb yüksəkdir. Buna görə də inşaat işləri günü-gündən genişlənir. Digər tərəfdən isə inşaat yeni standartlarla həyata keçirilir. Tikinti şirkətləri ilə alınan ərazilərdə yaşayan yaxud məskunlaşmış sakinlərlə münasibətlərin tənzimlənməsi, sivil qaydada daha çevik prosedurların tətbiqinə ehtiyac var. Tikinti şirkətləri inşaatı daha tez zaman bitirməkdə maraqlı olsalar da, vətəndaşların mülkiyyət hüququnun qorunması vacibdir. Bu baxımdan yeni meyarların tətbiq edilməsinə ehtiyac var. Gözlənti ondan ibarətdir ki, növbəti dövrlərdə də tikinti şirkətləri daha çox Bakıda inşaat işləri həyata keçirməkdə maraqlı olacaqlar”.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hər hansı sahədə qanunsuzluq həmin sahədə məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yaratmır. Onun fikrincə, məhdudiyyətlər sahənin çöküşünə səbəb ola bilər: "Qanunsuzluqlarla qanuni mübarizə yolları var. Dünyanın hər yerində qanunsuzluqlar baş verir və bununla ciddi mübarizə aparılır. Hesab edirəm ki, tikinti yaxud biznes sahəsinə məhdudiyyət qoyulması iqtisadi nöqteyi-nəzərdən doğru deyil çünki bu, həmin sahədə fəaliyyətin azalmasına səbəb olur. Bu isə öz növbəsində həm sahibkarlıq fəaliyyətinə məhdudiyyət yaradır, həm də gələcək investorlar üçün neqativ siqnal ola bilər. Bu həmçinin iş yerlərini məhdudlaşdıra bilər. Fikrimcə, məhkəmə institutları daha da möhkəmlənməlidir, qanunsuzluqlarla ciddi mübarizə aparılmalıdır".

Hüquqşünas Fariz Əkbərov isə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur: "Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vətəndaşlar mülkiyyət hüquqları pozulduğu hallarda məhkəməyə müraciət etmək hüququna malikdirlər. Hətta özbaşına tikintilər olarsa belə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4 maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra vərəqəsi qarşı tərəfə təqdim olunmalıdır. Həmin qərardan sonra söküntü işləri birbaşa məhkəmə icraçıları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirilməlidir".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri