Icma.az
close
up
RU
Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai müzakirə təşkil olunub

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai müzakirə təşkil olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən tədbirdə tikinti sektorunda fəaliyyət göstərən sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin tikinti sektorunda qanunvericiliyin tələbləri, tikinti və istismara icazələrin verilməsi, bu sahədə KOB subyektlərinin qarşılaşdığı çətinliklərin dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müzakirə edilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev qeyd edib ki, tikinti və istismara icazələrin verilməsi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlərlə bağlı ictimai müzakirənin təşkili sektor üzrə çağırışlarla bağlı fikir mübadiləsinin aparılması, işlərin koordinasiyalı təşkili və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir. Belə tədbirlər, həmçinin mövcud prosedurların optimallaşdırılması və müvafiq sahədə islahatların həyata keçirilməsi üçün faydalıdır.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, tikinti sahəsinin rəqəmsallaşdırılmasına dair “Elektron Tikinti Portalı” 2019-cu ildə istifadəyə verilib. Hazırda bütün proseslər tam rəqəmsal formatda həyata keçirilir ki, bu da şəffaflığı və etimadı təmin edir. Sektor üzrə islahatlar və proseslərin təkmilləşdirilməsi üzərində sistemli işlər davam etdirilir. Paytaxtın uzunmüddətli inkişafını müəyyən edən əsas sənəd Bakı şəhərinin 2040-cı ilədək Baş Planıdır. Bu sənəd paytaxtın inkişafına aydın istiqamət verir: hər yeni layihə ümumi konsepsiya ilə uzlaşdırılır, xaotik tikinti istisna olunur, yaşayış, biznes və ictimai məkanlar arasında balans qorunur, şəhərin memarlıq siması isə saxlanılır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tikinti və istismar icazələri ilə bağlı prosedurların sadələşdirilməsinin, xüsusilə də elektron icazə sistemlərinin tətbiqinin KOB-lar üçün yeni imkanlar açdığını qeyd edib. Bu, KOB-ların vaxt və vəsait itkisini minimuma endirir, fəaliyyətlərini daha çevik qurmasına şərait yaradır və biznes mühitinin inkişafına töhfə verir. Bununla belə, icazə prosedurlarının dəyişdirilməsi zamanı bunun sahibkarların fəaliyyətinə təsiri əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platformanın imkanları genişləndirilməli, KOB-ların bu sahədə vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllərin və innovativ yanaşmaların dəstəklənməsi diqqət mərkəzində saxlanılmalıdır.

KOBİA sədri vurğulayıb ki, sahibkarlar mövcud qanunvericilik və normativ tələblərlə yaxından tanış olmalı, elektron icazə platformalarından aktiv istifadə etməli və rəqəmsal imzalarla işləməyi vərdişə çevirməli, icazə prosedurlarında vaxt itkisini minimuma endirmək üçün bütün zəruri sənədləri əvvəlcədən tam hazırlamalıdır. KOBİA bu sahədə sahibkarlara zəruri əlaqələndirmə və dəstək göstərməkdə davam edəcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tikintiyə və istismara icazələrin verilməsi sahəsində rəqəmsallaşdırma, prosedurların sadələşdirilməsi sahəsində tədbirlər görüldüyünü, bununla belə müvafiq istiqamətdə proseslərin daha da optimallaşdırılmasının sahibkarların gözləntiləri sırasında olduğunu diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri