Tikinti sektoruna verilən kreditlər artır VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda tikinti sektoruna verilən kreditlər sürətlə artır.
Avtosfer.az xəbər verir ki, son dövrlər tikinti sektoruna yönəldilən kreditlərin artması daşınmaz əmlak bazarında aktivliyin yüksəlməsi baxımından diqqət çəkir.
Qiymətləndiricilər Palatasından bildirilib ki, tikinti sektoru maliyyə resurslarına kifayət qədər həssas sahədir və kredit imkanlarının genişlənməsi yeni layihələrin reallaşdırılmasına, mövcud layihələrin sürətləndirilməsinə, həmçinin tikinti şirkətlərinin investisiya imkanlarının artmasına şərait yarada bilər.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, tikinti sahəsində aktivliyin artması tikinti materialları istehsalı, nəqliyyat və logistika, mebel, məişət avadanlıqları, mühəndislik və müxtəlif xidmət sahələrində də əlavə iqtisadi fəallıq yarada bilər.
Ekspert hesab edir ki, tikinti sektoruna yönələn kreditlərin artması qeyri-neft sektorunun inkişafı, məşğulluğun artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi baxımından imkan yaradır.
Onun sözlərinə görə, tikinti layihələrinin maliyyələşdirilməsi ilə həmin layihələrin hazır mənzil kimi bazara çıxarılması arasında müəyyən zaman fərqi mövcuddur. Kreditin ayrılmasından sonra layihələndirmə, tikinti, kommunikasiya və digər mərhələlər həyata keçirilməlidir. Buna görə də kreditləşmədəki artımın daşınmaz əmlak bazarında dərhal özünü göstərməsi gözlənilməməlidir.
O da bildirildi ki, tikinti sektorunda canlanmanın əsas şərtlərindən biri də bazarda real tələbin mövcud olmasıdır.
YouTubehttps://www.youtube.com/watch?v=UAJCqPm3lMQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 11 Oktyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















