Icma.az
close
up
RU
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR

Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.

Ölkə.az xəbər verir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.

Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.

İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur. 

Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.

Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir. 

Ali Məhkəmə belə nəticəyə gəlib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır. 

Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri