Icma.az
close
up
RU
Tikintisi 20 ildir aparılırdı, sabah açılır Dünya liderləri də iştirak edəcək

Tikintisi 20 ildir aparılırdı, sabah açılır Dünya liderləri də iştirak edəcək

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Tikintisi 20 ildən çox davam edən Böyük Misir Muzeyi (“Grand Egyptian Museum”) sabah, noyabrın 1-də qapılarını turistlərin üzünə açacaq.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, Giza Muzeyi kimi də tanınan nəhəng muzey dünyada bir sivilizasiyaya həsr olunmuş ən böyük arxeoloji obyekt hesab olunur.

1 milyard dollara başa gəlmiş muzey Giza piramidalarından təxminən 1 km məsafədə yerləşir və 470 min kvadratmetr sahəni əhatə edir. Tikintisinə 2005-ci ildə başlanılmış Böyük Misir Muzeyinin bəzi otaqları 2024-cü ilin payızında test rejimində açılıb.

Muzeydə 50 mindən çox eksponat, o cümlədən II Ramzesin 3200 yaşlı, 83 ton ağırlığında olan heykəli və piramidaların tikintisində iştirak etdiyi deyilən Firon Xeopsun 4500 il tarixi olan qayığı nümayiş olunacaq.

Kompleksə 24 min m² daimi ekspozisiya sahəsi, uşaq muzeyi, konfrans zalları, təhsil müəssisələri, ticarət zonası və böyük konservasiya mərkəzi daxildir.

Bir çox artefaktlar buraya Qahirədəki Misir Muzeyindən köçürülüb.

Muzeyin təntənəli açılış mərasimi bir neçə dəfə, o cümlədən sonuncu dəfə İsrail-HƏMAS münaqişəsi səbəbindən təxirə salınıb. Açılış mərasimində dünya liderlərinin və Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin iştirak edəcəyi gözlənilir.

Açılışdan əvvəl muzeylə yeni keçidlə birləşdirilən Giza piramidaları ətrafında atəşfəşanlıq olacaq.

Kompleksin daha çox turist cəlb etmək üçün metro tikintisi və hava limanının açılmasını da əhatə edən genişmiqyaslı infrastruktur layihəsinin tərkib hissəsi olduğu bildirilir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, 2024-cü ildə Misirə rekord sayda - 15,7 milyon nəfər turist səfər edib. Hökumət 2032-ci ilə qədər bu sayı iki dəfə artırmaq niyyətindədir.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri