Icma.az
close
up
RU
TikTok da bunları edənlər həbs olunacaq

TikTok da bunları edənlər həbs olunacaq

Icma.az, Manset portalına istinadən məlumat yayır.

“TikTok” və digər sosial şəbəkələrdə insanlar müxtəlif mövzularda paylaşımlar edirlər. Ancaq bəzi paylaşımlar vətəndaşların hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. Bəs hansı növ paylaşımlar edən vətəndaşlar həbs oluna bilər?

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, hüquqşünas Ramil Süleymanov açıqlamasında bildirib ki, “TikTok” sosial şəbəkəsində və ümumiyyətlə, qanunvericiliklə qadağan olunmuş, insanların əxlaqına və mənəviyyatına zidd olan, dövlət əleyhinə çağırışlar edən, uşaq pornoqrafiyasını təbliğ edən, eləcə də cinayətkar aləmin təbliğatını aparan sosial paylaşımlar və çağırışlarla bağlı ilk növbədə həmin şəxslər hüquq-mühafizə orqanlarına dəvət olunur. Onlarla profilaktik söhbət aparılır, daha sonra bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında tədbirlər görülür və xəbərdarlıq edilir:

“Əgər həmin şəxslər bu cür paylaşımları və çağırışları davam etdirərlərsə, onlara qarşı inzibati və hətta cinayət məsuliyyəti yarana bilər. Qeyd edim ki, istifadəçilər hər hansı bir canlı yayım açaraq ümumi mövzuları əhatə edən söhbətlər apardıqları zaman əgər yayımlarında 18 yaşdan yuxarı şəxslərə yönəlik ifadələr səsləndirilərsə, onlar əvvəlcədən xəbərdarlıq etməlidirlər. Düzdür, bu məsələ hazırda qanunvericilikdə konkret şəkildə tənzimlənməsə də, istifadəçilər "18+" işarəsi və ya digər xəbərdaredici bildirişlər yerləşdirməklə müəyyən mənada özlərini “məsuliyyətdən sığortalaya” bilərlər”.

R.Süleymanovun sözlərinə görə, Azərbaycanda sosial şəbəkələrə giriş qanunvericiliklə tənzimlənmədiyi üçün hər kəsə açıqdır və bu məsələdə hüquqi məsuliyyətin formalaşması mümkündür:

“İstənilən halda bu sahə Azərbaycanda milli qanunvericiliklə tam şəkildə tənzimlənmir. Bu səbəbdən də tiktokerlər istədikləri kimi hərəkət edir, qaydaları pozurlar. Eyni zamanda hüquq-mühafizə orqanları da bir çox hallarda qeyri-qanuni addımlar atır. Bunun nəticəsində isə məhkəmədə hər iki tərəfin müdafiəsini qurmaq mümkün olur. Çünki qanunvericilik bu sahəni tam əhatə etmədiyindən yaranmış vəziyyət müəyyən qədər xaosa səbəb olur”.

Hüquqşünas qeyd edib ki, hazırda Milli Məclisdə “TikTok” və digər sosial şəbəkələrə girişin və oradakı paylaşımların tənzimlənməsi ilə bağlı qanunvericilik müzakirə edilir. Ümid edirik ki, yaxın günlərdə müvafiq qanun qəbul olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 03 Aprel 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri