Icma.az
close
up
RU
TikTok da bunu edənlər cərimənlənir

TikTok da bunu edənlər cərimənlənir

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında paylaşılan bəzi videolar, yaxud canlı yayımlar istifadəçilər üçün cərimə və digər hüquqi məsuliyyətlə nəticələnə bilər. Çünki bu məzmunlar təkcə platformanın daxili qaydalarına deyil, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir.

Metbuat.az-ın məlumatına görə, “TikTok”un icma qaydalarına əsasən, zorakılıq, nifrət nitqi, təhqir, təhdid, qanunsuz fəaliyyətlərə çağırış, qadağan olunmuş maddələrin təbliği, eləcə də uşaqların təhlükəsizliyini riskə atan məzmunların paylaşılması qadağandır. Bu tip hallarda hesablar xəbərdarlıq edilmədən məhdudlaşdırıla və ya tam bağlana bilər.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə görə, sosial şəbəkələrdə yol verilən bəzi pozuntular konkret cərimə məbləğləri ilə müşayiət olunur. Belə ki, digər şəxslərin şərəf və ləyaqətini alçaldan söyüş, təhqir və nalayiq ifadələrin paylaşılmasına görə 100 manatdan 500 manatadək cərimə tətbiq oluna bilər. Təkrarlanan və ağır hallarda inzibati həbs də istisna edilmir.

Şəxsin nüfuzuna xələl gətirən böhtan və yalan məlumatların yayılması isə 500–1000 manat arası cərimə ilə nəticələnə bilər. Bundan əlavə, zərərçəkmiş tərəfin mülki qaydada məhkəməyə müraciət etmək hüququ da saxlanılır. Qanunvericilikdə fahişəliyə çağırış, onun təbliği və reklamı da qadağan olunmuş əməllər sırasında yer alır. Bu cür məzmunların sosial şəbəkələrdə yayılmasına görə 1000 manatadək cərimə nəzərdə tutulur. İctimai asayişi kobud şəkildə pozan davranışlar — canlı yayım zamanı dava-dalaş salmaq, aqressiv hərəkətlər nümayiş etdirmək 150–300 manat cərimə və 15 günədək inzibati həbslə nəticələnə bilər.

Qeyd edək ki, uşaqlarla bağlı qanunsuz və əxlaqa zidd məzmunlar ən ağır pozuntular hesab edilir. Bu hallarda inzibati cərimə ilə yanaşı, cinayət məsuliyyəti və azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər. Vətəndaşlara tövsiyə olunur ki, “TikTok” və digər platformalarda paylaşım edərkən həm etik normalara, həm də qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:410
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Fevral 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri