TikTok da söyüş söyən yeniyetmə qız SAXLANILDI
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir şəxs saxlanılıb.
Lent.az-ın xəbərinə görə, yetkinlik yaşına çatmayan Rəna Musayeva (şərti adla) tiktok sosial platformasında özünə məxsus “rena049” adlı səhifəsində canlı yayım açıb. Canlı yayım zamanı nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Bu əməlinə görə, Rəna Musayeva polis şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Rəna Musayeva bildirib ki, 2 ildir bu səhifəni işlədir. Daim canlı yayımlar açır və özünə aid videolar çəkərək paylaşır. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmə iclasında Rənanın qanuni nümayəndəsi və ərazi üzrə rayon icra hakimiyyətinin yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu da ifadə veriblər. Psixoloq bildirib ki, dəfələrlə Rənanın evinə gedərək, onunla profilaktiki söhbətlər aparılıb. Sonda Rənanın yaşının nəzərə alınması və barəsində cərimə növündə cəza verilməsi istənilib.
Məhkəmənin qərarı ilə Rəna Musayeva 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 08 Sentyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















