Icma.az
close
up
RU
TikTok Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Müəllimləri müsabiqəsinin nəticələrini elan edib

TikTok Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Müəllimləri müsabiqəsinin nəticələrini elan edib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Video məzmun yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ilk #AzərbaycanMüəllimləri müsabiqəsinin yekunlarını açıqlayıb. Müsabiqə, biliklərini və təhsil məzmununu geniş auditoriyaya çatdırmaq üçün yaradıcı yanaşmalardan istifadə edən, ölkənin dörd bir yanından istedadlı müəllimləri bir araya gətirdi.

Müsabiqədə iştirak etmək üçün məktəb, kollec və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunmuşdu. Bunun üçün onlardan öz fənləri haqqında maarifləndirici videoları platformada paylaşmaları tələb olunurdu. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə müəllim müsabiqədə iştirak edib, rəsmi #AzərbaycanMüəllimləri həştəqi ilə 4 mindən çox təhsil videosu paylaşılıb.

Müsabiqənin qalibləri yüksək keyfiyyətli tədris videoları paylaşan və çox sayda baxış toplayan üç müəllim oldu.

Günel Əkbər — Bakı şəhəri, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Günel TikTok-da böyük məşhurluq qazanıb - artıq 700 mindən çox izləyicisi var. O, həm maarifləndirici, həm də məktəb həyatından sevincli və duyğulu anları paylaşır. Aysel Yaqub — Bakı şəhərindəki “Simurq” liseyində riyaziyyat və informatika müəllimidir. Həyatsevər və həmişə gülərüz olan Aysel şagirdlərini çox sevir və onlar da ona qarşı eyni sevgini göstərirlər. TikTok-da müəllimə müxtəlif riyazi məsələlərin həllinə dair izahlar və faydalı məsləhətlər paylaşır. Bəxtiyar Bəxtiyarlı — Yardımlı rayonundakı İlgər Şəkərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Müxtəlif çətin mövzuların izahı ilə yanaşı, Bəxtiyat öz videolarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında danışır.

“Bu il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri üçün yeni bir təşəbbüs irəli sürdük. Ölkədə çox sayda yaradıcı müəllimin qısa videolar vasitəsilə təhsil məzmununu yeni və maraqlı formatda təqdim etdiyini görürük. Ümid edirik ki, bu müsabiqə Azərbaycanda müsbət ənənəyə çevriləcək və müəllimlərin sayəsində TikTok platformasında müxtəlif fənlər üzrə biliklər daha geniş auditoriyaya çatacaq,” — deyə Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada TikTok-un əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

Müsabiqənin qaliblərinə dəyərli hədiyyələr — TikTok platforması üçün keyfiyyətli kontent yaratmağa kömək edəcək iPhone 16 Pro smartfonları təqdim olunacaq.


TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri