Icma.az
close
up
RU
TikTok StartUp Akademiyasına qeydiyyat başladı

TikTok StartUp Akademiyasına qeydiyyat başladı

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qısa videoların aparıcı platforması olan TikTok-da startaplar üçün TikTok StartUp Akademiyasına qeydiyyat başlayıb. 

Sfera.az xəbər verir ki, akademiya çərçivəsində startap nümayəndələri platformada uğur qazanmağı və öz məhsullarını cəmiyyətin diqqətinə çatdırmağı öyrənəcəklər. 

TikTok StartUp Akademiyasının finalistləri TikTok-da inkişaf etmək üçün qrant qazanacaqlar – ümumi mükafat fondu 15.000 dollar təşkil edir.

TikTok yalnız Azərbaycan istifadəçi icmasına yaradıcılıq və yeni biliklər əldə etmək üçün məkan yaratmaqla kifayətlənmir, həm də yerli biznesin inkişafını təhsil resursları, unikal və innovativ alətlərlə dəstəkləyir. Bu il TikTok, Azərbaycanda yerli biznes sahələrində platformaya olan böyük marağı nəzərə alaraq ölkədə TikTok For Business platformasını istifadəyə verib və yerli şirkətlərlə əməkdaşlığa başlayıb. İndi Azərbaycanın müxtəlif sahələrindən olan şirkətlər TikTok-da marketinqin bütün mərhələlərində real kontent yarada və öz biznes məqsədlərini həyata keçirə bilərlər. TikTok brendlərin platforma icmasında tanınmasını artırmağa, istifadəçiləri cəlb etməyə və sadiqliyi gücləndirməyə, tətbiqdən kənarda hərəkətə keçməyə, konversiyaları artırmağa və satışları yüksəltməyə kömək edir.
TikTok Azərbaycandan olan startapları Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də Mərkəzi Asiyada İT startapların ən böyük beynəlxalq texnoparkı olan Astana Hub ilə birgə təşkil edilən TikTok StartUp Akademiyasında iştirak etməyə dəvət edir.

Proqramda iştirak etmək üçün startaplar 10 noyabr tarixinədək linkə keçid edərək müraciət formasını doldurmalıdırlar. Müraciətdə startapın məqsədləri, coğrafiyası və TikTok vasitəsilə nail olmaq istədikləri biznes hədəflərini açıqlamalıdırlar. Ən unikal ideyalara əsaslandırılmış biznes modelinə və platformada məqsədlərə dair aydın vizyona sahib olan startaplar 29 noyabrda Astanada keçiriləcək final mərhələsinə seçiləcəklər. Finalistlərin yaşayış və uçuş xərcləri qarşılanacaq.

Finalda iştirakçılar Akademiya ekspertlərindən təhsil kursu, həmçinin TikTok-da inkişaf etmək üçün 15 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda mübarizə edəcəklər.


"Biz TikTok StartUp Akademiyası çərçivəsində sahibkarlara unikal təcrübə qazandıraraq, onlara yeni biliklər əldə etmək, TikTok və Astana Hub-ın ən yaxşı ekspertlərinin mentorluğu ilə yeni zirvələrə nail olmaq üçün dəstək verəcəyik. Ən yaxşı iştirakçılara verilən qrantlar onların cəsarətli ideyalarını reallaşdırmağa imkan yaradacaq" – deyə TikTok-un Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiya üzrə Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz bildirib.

Akademiyaya həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan startaplar dəvətlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri