TikTok un bağlanmasına əsəbiləşdi, binanı yandırdı Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
ABŞ-nin Viskonsin ştatında 19 yaşlı gənc TikTok-un qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə etiraz olaraq bir binanı yandırıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Fond Du Lak bölgəsində yerləşən ofislərin birində baş verən hadisə ilə bağlı polis açıqlama yayıb.
Məlumatda Respublikaçılar Partiyasından olan Konqres üzvü Qlenn Qrotmanın adına icarəyə götürülmüş ofisin yerləşdiyi binanın yandırıldığı və hadisəni törədən şəxsin saxlanıldığı bildirilib.
Hadisə zamanı binada heç kimin olmadığı və yanğının dərhal söndürüldüyü qeyd edilib. Şübhəli şəxs ifadəsində TikTok-un qadağan edilməsi ilə bağlı müzakirələrə etiraz olaraq bu addımı atdığını deyib.
Qeyd edək ki, TikTok ABŞ-da bir yerli şirkətə satılmadığı təqdirdə tamamilə qadağan ediləcəyini nəzərdə tutan qanun çərçivəsində bir müddət ölkədə əlçatmaz olub. Bununla yanaşı, CapCut tətbiqi də istifadəyə qadağan edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















