Tiktokda canlı yayımda anası tərəfindən döyülən uşaq dövlət müəssisəsinə yerləşdirildi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vuran qadın haqqında araşdırma başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə dövlət uşaq müəssisəsinə yerləşdirilib.
Hazırda, yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, valideynin valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb.
Qeyd edək ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 24 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















