“TikTok”da “kreditlə” və “ucuz qiymətə” avtomobil satan dələduz saxlanılıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda avtomobillərin sərfəli şərtlərlə kreditə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “TikTok”da yaradılan avtosalon səhifəsində müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığı bildirilib.
“Elanlarla maraqlanan vətəndaşlar səhifənin mesaj bölməsi vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlara beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.
Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da zəng və mesajlarına cavab verilməyib.
Aldadıldıqlarını anlayan vətəndaşlar bu barədə polisə müraciət ediblər.
Polisin keçirdiyi tədbirlərlə dələduzluq edən N.Əlizadə müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara bir daha müraciət edirik ki, sosial şəbəkələrdə “yalnız şəxsiyyət vəsiqəsi ilə avtokredit” və “ilkin ödənişsiz avtomobil” vədləri ilə yayılan elanlara qarşı diqqətli olsunlar. Satıcının kimliyini və elanın həqiqiliyini yoxlamadan, avtomobilə, onun sənədlərinə baxmadan beh və ya ilkin ödəniş adı ilə pul köçürməsinlər. Belə hallarla üzləşdikdə dərhal polisə müraciət etmək tövsiyə olunur”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Bahalı dərmanların ucuz alternativi: TikTok da nə baş verir?
24 Sentyabr 2025 13:18
Ucuz və kreditlə olan burun əməliyyatlarına DİQQƏT Professor açıqladı
27 Yanvar 2025 09:27
Tiktokda ucuz telefon satan dələduz tutuldu
12 İyun 2025 10:54
TikTok da quzu satan TUTULDU
21 Sentyabr 2026 13:28
TikTok da avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb
23 Noyabr 2026 15:47
Baxış sayı:104
Bu xəbər 26 Noyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















