Icma.az
close
up
RU
Ucuz və kreditlə olan burun əməliyyatlarına DİQQƏT Professor açıqladı

Ucuz və kreditlə olan burun əməliyyatlarına DİQQƏT Professor açıqladı

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə bir çox lor və estetik cərrahlar ucuz məbləğə, hətta kreditlə müştəri cəlb etmək üçün kompaniyalar keçirir. Bu da onların peşəkarlığını sual altına qoyur, çünki illərin savadlı həkimləri üç min, dörd minə əməliyyat etdikləri halda, kompaniya və kreditlə əməliyyat edən həkimlər 1000 manat məbləğ qoyaraq müştəri cəlb edirlər. Sonra həmin pasiyentlərdə deformasiya, problemlər yaranır və revizyon əməliyyat etdirməyə məcbur qalırlar. Revizyon əməliyyatı isə daha baha başa gəlir. Çünki başqa bir həjimin qüsurlu işini yenidən etməlidirlər. Hətta qulaq və qabırğa qığırdağına ehtiyac duyulur, çünki deformasiyaya məruz qalan burunda qığırdaq çox yontulur və nəticədə burun çökür.

Məslələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə, cərrahiyə ilə hər sahədə peşəkarlar məşğul olmalıdırlar. O cümlədən də estetik rinoplastika ilə yaxşı olar ki, peşəkar lor həkimlər məşğul olsun. Çünki onlar bəzən xəstələrdə təkcə estetik tərəfi deyil, funksional olaraq müəyyən korreksiyalar etmək zərurəti yaranır.

Professorun sözlərinə görə, təəssüflər olsun ki, bunu bəzən lor həkimləri estetik tərəflərinin nüanslarına əməl etmirlər, yaxud da təcrübələri olmur. Və ya əksinə… Bu baxımdan da bunların hər ikisi, estetik rinoplastika ilə məşğul olan lor həkimlərinin bu sahədə də müəyyən nəzəri bilikləri və təcrübələri olmalıdır. Çünki estetik təlabatlar var.

“Yəni, burun ucunun ən yüksəkdə olması, burunun orta xəttinin düz yerləşməsi, burun belinin düzgün olması və irsi faktorlara, daha doğrusu milli faktorları göstərməsi, məsələn slavyan burnu ilə şərq burnunun fərqi var. Keçid yerinin düzgün olması vacibdir. Bəzən görürsünüz ki, alından buruna keçən hissədə çökəklik düzgün olmur və buda estetik deffekt sayılır.
Bütün bu kriteriyalar, (hələ mən funksional tərəfini demirəm) yalnız zahiri görünüş üçün burun əməliyyatında bunlar çox vacibdir.

Burun belinin həddindən artıq götürülməsi yəhərvari buruna gətirib çıxarır. Burun oxunun düzgün olmaması onun əyilməsinə səbəb olur. Bu məsələlərin hər biri haqqında kifayət qədər bilgilər tələb olunur. Bununla yanaşı da bir şeyi nəzərə almaq lazımdır ki, cərrahi əməliyyatlarda ağırlaşmalar da olur. Bu ağırlaşmalar burun daxilində nazosomal infeksialardan qaynaqlanır. Bunlar da əvvəlcədən yoxlanmalıdır. Xəstənin analizi toplanmalıdır. Yəni, bəzən görürsünüz ki, estetik cərrahlar bunları nəzərə almırlar. Əməliyyatdan sonrakı dövrdə hər hansı müalicə aparıblar və nəticədə irinli ağırlaşmalar olur. Bu da burunun sonrakı deformasiyalarına, narazılıqlara və s. səbəb olur”.

Dəniz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Yanvar 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri