Icma.az
close
up
RU
Tiktoker Ləmanın cəzası bəlli oldu

Tiktoker Ləmanın cəzası bəlli oldu

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səbail Rayon Məhkəməsində Tiktok fenomeni, 1992-ci il təvəllüdlü Ləman Vəliyevanın barəsində olan xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, onun barəsində məhkəməyə keçmiş baldızı Turə Nuriyeva müraciət edib və onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyib.

Şikayətçi bildirib ki, Ləman onun qardaşının həyat yoldaşıdır: “Onların 2018-ci ildə toyları olub, lakin həmin dövrdə Ləmanın şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nikaha daxil olmayıblar. Daha sonra 2018-ci ilin dekabr ayında Ləman Vəliyeva ayrıldığını bildirərək, evdən getdi. O, azad və rahat həyat yaşamaq istədiyini bildirdi. Məşhurlaşmaq və pul qazanmaq üçün məni və ailəmi Tiktok sosial şəbəkə platformasında nümayiş etdirərək, qızımı, anamı və qardaşımı da heç bir səbəb olmadan ağır təhqirlərə məruz qoyaraq şərəf və ləyaqətimizi alçatdı”.

Turə Nuriyeva bildirib ki, Ləman Vəliyeva tərəfindən uzun illər davam edən təhqirlər və barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində ətrafında heç kim qalmayıb və bu ona ağır iztirablar yaşadıb: “Bunun nəticəsi olaraq tək çıxış yolunu özümə qəsd etməkdə görmüşəm. Beləliklə, 2024-cü ilin sentyabr ayının 16-da hər şeydən ümidimi kəsərək, özümü öldürmək üçün boynuma ip salaraq asdım, amma son anda qızımın səsə gələrək, məni qurtarması ilə yenidən həyata döndüm. Həmin hadisədən sonra iki-üç gün Sabunçu Rayon Mərkəzi Xəstəxanasında reanimasiyada nəzarət altında qaldıqdan sonra qızıma verdiyim sözə görə hüquqi müstəvidə mübarizəmə davam etdim. Hazırda həmin fakt üzrə də Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir”.

Turə Nuriyeva məhkəməyə təqdim etdiyi 13 video ilə Ləman Vəliyevanın onu təhqir etdiyini və həmin təhqirləri 10 minlərlə izləyicinin qarşısında etdiyini sübuta yetirib. O, Ləman Vəliyevanın bu cinayəti törətməsi səbəbilə qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş edib.

Məhkəmədə çıxış edən Ləman Vəliyeva özünü qismən təqsirli bilib və ifadəsində bildirib ki, Turə Nuriyeva barəsində sosial şəbəkələrdə qeyri-etik və nalayiq ifadələr işlədib. O, istifadə etdiyi ifadələri danmadığını qeyd edib.

Ləman Vəliyeva himayəsində tək başına böyütdüyü azyaşlı övladına görə barəsində yüngül cəza növünün seçilməsini xahiş edib.

Bu şikayətə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

Ləman Vəliyevanın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Mart 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri