Icma.az
close
up
RU
“Tiktok”un bloklanması ilə bağlı çağırış səsləri yüksəlir

“Tiktok”un bloklanması ilə bağlı çağırış səsləri yüksəlir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Alqoritmi elə qurulub ki, burada yayılan əxlaqsız videolar, qeyri-etik paylaşımlar bir anda milyonlarla insanın qarşısına çıxır


“Bütün bu həngamənin əsasını özəl televiziyalar qoyub. Bu gün sosial şəbəkələrdə “at oynadan” şəxslər televiziyaların əsəridir”


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülüb və bir neçə “tiktok”er saxlanılıb. Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

“azerzahid6669966” adlı istifadəçi tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirak edən, özünü efirlərdə şairə kimi təqdim edən İlhamə Elşadqızı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Tiktokçuların həbsini dəyərləndirən ekspertlərin fikrincə, bu həbsləri cəmiyyətin sifarişi də adlandırmaq olar. Çünki uzun müddətdir ki, onların cəzalanması, hətta “Tiktok”un birbaşa bloklanması tələblərinə rast gəlirik. Artıq bu adamların maarifləndirmə yolu ilə islahı da mümkün olmadığı üçün cəzalandırma ön planı çıxdı və bəziləri cəzalandı, digərləri də yəqin ki, bundan dərs çıxaracaq.

Ümid edək ki, son günlərdə baş tutan həbslər “Tiktok”dakı vəziyyəti ciddi şəkildə dəyişəcək. Necə ki, bir müddət öncə əlaqədar qurumlar “Tiktok”da narkotiki təbliğ edən şəxsləri cəzalandırdı və qısa müddətdə həmin təbliğatın kökü tamamilə kəsildi.

Bu məsələdə cəmiyyət də aidiyyəti qurumlara yardım etməli və neqativ hadisələrə qarşı mübarizə aparmalıdır. Yəni  maarifləndirmə və cəzalandırma paralel şəkildə getsə, tezliklə “Tiktok”da müsbət dəyişiklikləri görə biləcəyik.

Əxlaqsızlığı təbliğ edən bəzi tiktokerlərin saxlanmasını şərh edən professor Qulu Məhərrəmli deyib ki, sosial platformalarda nalayiq ifadələrin işlənməsi, insan əxlaqına və insani dəyərlərə qarşı çağırışlar edilməsi yolverilməzdir. 

İfadə azadlığının insanın fundamental hüquqlarından biri olduğunu vurğulayan media ekspertinin sözlərinə görə,  hər bir şəxs qanuni yollarla istədiyi məlumatı əldə edə, onu işləyib yayımlaya, müxtəlif formalarda – sözlə, davranışla, hərəkətlə özünü ifadə edə bilər: “Bu, insanın təməl haqqıdır. İnternetin mövcudluğu və sosial şəbəkələrin yaranması bu hüquqların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir. Ancaq ifadə azadlığı heç bir halda başqalarının hüquqlarını pozmaq, əxlaqsızlığı təbliğ etmək, milli dəyərlərə qarşı səlib yürüşü keçirmək vasitəsinə çevrilməməlidir. Bu günlərdə "Tiktok"la bağlı ciddi problemlər müzakirə edilir. Dünyanın bir çox ölkəsində bu platforma qadağan olunur. Bunun səbəbi həmin platformadan istifadə edərək milli dəyərlərə hücumlar, nalayiq ifadələr, söyüşlər və mövcud ictimai quruluşu zorla dəyişdirmək çağırışlarıdır. Belə görünür ki, bəzi ölkələr artıq bu platformanın necə təhlükəli olduğunu dərk edirlər və tədbirlər görürlər. Bir tərəfdən insan hüquqları və ifadə azadlığı önəmlidir, digər tərəfdən isə cəmiyyətin ümumi əxlaqı və insani dəyərləri qorunmalıdır. Azərbaycanda da "Tiktok"un bağlanması ilə bağlı çağırışlar var və bəzi hallarda bu çağırışlara haqq qazandırmamaq mümkün deyil”.

Professor qeyd edib ki, cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar qanunla tənzimlənməlidir: “Son zamanlarda Daxili İşlər Nazirliyinin xətti ilə "Tiktok" üzərindən qanun pozan şəxslərin həbsi həyata keçirilir. Hesab edirəm ki, bu cür halları törədən şəxslərə ciddi xəbərdarlıq edilməli və davranışlarını təkrarlamamaları üçün tədbirlər görülməlidir. Əgər platformada cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar varsa, qanunvericiliyə uyğun olaraq səbəbkarlar cəzalandırılmalıdır”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərlinin fikrincə, tiktokerlərin saxlanılmasına səbəb cəmiyyətin haqlı narazılığı olub: “Hər kəsə məlumdur ki, “Tiktok” sosial şəbəkəsində milli-mənəvi dəyərlərimizə zidd, qeyri-etik, cəmiyyətə açıq hörmətsizlik edilən canlı yayımlar mövcuddur. Uzun müddətdir ki, bununla bağlı müvafiq qurumlar tərəfindən ciddi və ardıcıl tədbirlər görülür. Bu günə qədər xeyli “tiktok”çu saxlanılıb, bir neçəsi cərimlənib. Ancaq görünən odur ki, bəzi şəxslər bu cəzalardan, inzibati həbslərdən dərs almayıblar”.

O qeyd edib ki, əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı ardıcıl tədbirlər görülür: “Bu gün saxlanılan tiktokerlər son zamanlar canlı yayımlarda müxtəlif adlarla “realiti şou”lar təşkil edən şəxslərdir. Onların həmin yayımlarında qeyri-etik ifadələr, milli-mənəvi dəyərlərimizə zidd söhbətlər cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Son günlər istər cəmiyyətdə, istər sosial şəbəkələrdə, istərsə də mediada həmin şəxslərin cəzalanması ilə bağlı çağırışlar edilirdi. Çox sevindirici haldır ki, dövlət qurumlarımız da bu məsələyə operativ və çevik reaksiya verdi, həmin şəxslərlə bağlı tədbirlər görüldü”. 

H.Heydərli bildirib ki, “Tiktok” sosial şəbəkəsi bir çox ölkədə məhz bu cür yayımlara və paylaşımlara görə qadağan edilib: “Bilirsiniz ki, “Tiktok” bəzi ölkələrdə blok edilib, bunun da səbəbi məhz əxlaqsızlığı təbliğ edən yayımlar və paylaşımlardır. Həmin ölkələrdə gənclərin və yeniyetmələrin tərbiyəsini pozduğu səbəbi ilə “Tiktok” bloklanıb. Analoji addımın ölkəmizdə də atılması ilə bağlı bəzi hallarda çağırış edilir. Bu da səbəbsiz deyil, çünki “Tiktok”un alqoritmi elə qurulub ki, burada yayılan hansısa əxlaqsız video, hansısa qeyri-etik paylaşım bir anda milyonlarla insanın qarşısına çıxa bilər. Düşünürəm ki, maarifləndirmə və ciddi tədbirlərlə “Tiktok”da bu cür neqativ halların qarşısını ala bilərik”.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı isə “Şərq”ə açıqlamasında deyib ki, əxlaqsızlığı təbliğ edən, cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən bu şəxslərə qarşı hüquqi tədbirlərin görülməsi bir xeyli gecikmiş addım olsa da, təqdirəlayiqdir: "Uzun illərdir ictimaiyyət nümayəndələri bu mövzuda danışır, ifşaedici faktlar göstərirdi, lakin heç bir nəticəsi olmurdu. Dövlətin gözünün qabağında sosial şəbəkələrdə açıq-aşkar xaos, anarxiya, mənəvi terror halları yaşanırdı. Söhbət təkcə “Tiktok”dan getmir, instaqram "Tiktok"dan da betərdi. Heç bir tənzimləmə mexanizmi olmayan bu platformalarda biabırçı vəziyyət hökm sürür. Ağıllarına gələn  hərəkətləri edir, ağızlarına gələni danışırlar. Dövləti, milləti təhqir edir, insanları söyür, narkomaniyanı, pozğunluğu, sadizmi, zorakılığı təbliğ edirlər. Cəmiyyəti başa düşürəm ki, bu cür ciddi məsələlər onların vecinə deyil. Bəs, bu vaxta qədər aidiyyəti qurumlar hara baxırdı? Dövlətin vəzifəsi ölkə vətəndaşlarının fiziki və mənəvi sağlamlığını, təhlükəsizliyini təmin etməkdən ibarətdir. Ölkə prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan yalnız milli-mənəvi dəyərləri üzərində inkişaf etməlidir. Bəs onda bu qurumlar niyə əxlaqsızlığı, onu təbliğ edənləri görməzdən gəlir. 

Sosial şəbəkəyə dövlət tərəfindən xüsusi diqqət edilməlidir. Bir sıra ölkələrdə sosial şəbəkə platformalarına məhdudlaşdırıcı filtrlər qoyulub. Zərərli təbliğat aparan, kütləni pis yola çəkən səhifələr bloklanır. Əksər xarici ölkələrdə həmin adamlar dövlət tərəfindən müxtəlif formada cəzalandırılır. Azərbaycanda da sosial şəbəkələrdə zərərli təbliğatla məşğul olan tiktoker və ya blogerlər nəzarətə götürülməlidir. Problem bir neçə blogerin həbs edilməsi, tənbeh edilməsi ilə həll olunmayacaq dərəcədə böyükdür. “Tiktok” platformasında söyüş söyən, insanları təhqir edənlər qanun qarşısında cavab verməlidir. Həmin şəxslər sərt şəkildə cəzalandırılarsa, digərləri buna həvəs etməz. Ümumiyyətlə, əxlaqsızlığın yayılmasında rolu olanların səhifəsi bağlanmalı və qanun çərçivəsində cəzalandırılmalıdır. Yoxsa bu cür biabırçılığın qarşısı alınmaz. Mütləq şəkildə dövlətin sərt üzünü göstərmək lazımdır. Sağlam cəmiyyətlərdə bu cür problemləri vətəndaşlar özü həll edir, bloklayır. Bizdə isə cəmiyyət kütlə təfəkkürü ilə idarə edildiyi üçün dövlətin müdaxiləsi mütləqdir. Minlərlə bloger nəzarətə alınmalı, səhifələri bağlanmalıdır. Əks halda mənəvi deqradasiya tüğyan edəcək". 

Sosial şəbəkələrin inkişafının cəmiyyətdəki bütün neqativləri üzə çıxardığını vurğulayan E.Bayramlı deyib ki, hər yoldan keçən insan əlinə bir telefon alıb, nə gəldi çəkir və ağzına nə gəlirsə danışır. Zərərli təbliğatlarla məşğul olurlar: “Tiktok”da isə elə bir münbit şərait yaranıb ki, pul qazanmaq üçün də mənfi məzmunlu paylaşımlar stimulyasiya edilir. İnsanlar da baxır ki, biabırçılıqla harada daha çox pul qazanmaq mümkündür, işsizlər, imkansızlar da son çarə kimi bundan istifadə edirlər. Faydalı kanalların abunəçiləri çox azdır, 99 faiz kontent biabırçılıqdan ibarətdir.  Belə bir vəziyyətdə xüsusi qüvvələr bundan istifadə edir və cəmiyyəti mənəvi cəhətdən tamamilə məhv etməyə çalışır. Əvvəldən “Tiktok”un ölkədə bağlanmasını təklif edənlərdənəm, çünki Azərbaycan xalqına bunun qədər zərər vuran ikici bir sosial platforma yoxdur. Nəinki böyüklər, artıq azyaşlılar da “Tiktok” cəhənnəmində məhv olurlar. Hesab edirəm ki, sosial şəbəkə polisi yaradılmalıdır. Adı fərqli ola bilər, əsas odur ki, sosial şəbəkələrə nəzarət səlahiyyəti olan bir qurum yaradılmalı, xüsusi qanun qəbul edilməli, açıq şəkildə qeyd olunmalıdır ki, Azərbaycan xalqına qarşı mənəvi terror mahiyyəti daşıyan,  əxlaqsızlığı, insan alverini, narkomaniyanı təbliğ edən şəxslər ağır cəzalandırılsın, əmlakları müsadirə edilməklə ən azı 10 il müddətində azadlıqdan məhrum edilsin. Ancaq bu cür sərt cəzalar “Tiktok” terrorunun qarşısını ala bilər.  

Əlavə edim ki, buraya televiziyaların da adını daxil etmək lazımdır. Hətta deyərdim ki, bütün bu həngamənin əsasını özəl televiziyalar qoyub. Bu gün sosial şəbəkələrdə “at oynadan” şəxslər televiziyaların əsəridir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:428
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 03:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri