Icma.az
close
up
RU
Times of Malta: Zaxarovanın Maltaya vizası üç ölkəyə görə ləğv edilib

Times of Malta: Zaxarovanın Maltaya vizası üç ölkəyə görə ləğv edilib

Malta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ATƏT Xarici İşlər Nazirləri Şurasının Vallettada keçiriləcək iclasında iştirak etmək üçün tələb olunan vizasını Latviya, Litva və Estoniyanın etirazları səbəbindən ləğv edib.

Bakıvaxtı.az "Times of Malta"ya istinadən xəbər verir ki, bu barədə Malta Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, vizanın verilməsinə icazə Aİ-yə üzv olan üç ölkənin etirazları səbəbindən ləğv edilib. 

Qeyd edək ki, bir müddət öncə Litva Rusiyanın iştirakı ilə Maltada keçiriləcək görüşdə təmsilçiliyinin statusunu aşağı salıb. Ötən il Polşa, Latviya, Litva və Estoniya eyni səbəbdən Şimali Makedoniyada Nazirlər Şurasını boykot etmişdi. Bu il yalnız Litva nümayişkaranə jest etmək qərarına gəlib.

Gülşən Şərif
 

seeBaxış sayı:51
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri